06 İyul 2020 08:23

“Kölgədə fəaliyyət göstərənlər ağ iqtisadiyyata keçməli olacaqlar” – İlham Əliyev

” Pandemiya dövründə Azərbaycan müsbət nəticələr göstərir. Hesab edirəm ki, bu, son vaxtlar başlanılmış çox ciddi islahatların yeni mərhələsi sayəsində mümkün olmuşdur. Burada əsas məsələ kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun azaldılmasıdır. Çünki icbari tibbi sığorta yüksək səviyyəli səhiyyə xidmətləri təqdim etməklə yanaşı, qeyri-rəsmi məşğulluqla mübarizədə də bizə yardımçı olacaq. Yəni, hələ də kölgədə fəaliyyət göstərənlər ağ iqtisadiyyata keçməli olacaqlar”.

Turkustan.info xəbər verir ki, bu fikirləri Dünya Bankının təşəbbüsü ilə keçirilən videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.

Prezident bildirib ki, ötən il bizim vergi və gömrük orqanlarımız proqnozdan 600 milyon dollar əlavə vəsait toplayıblar: “Əsasən də kölgə iqtisadiyyatının azaldılması sayəsində və bu proses davam edir. Cari ilin ilk 5 ayı ərzində vergi və gömrük orqanları proqnozdan 400 milyon manat artıq vəsait toplayıb. Bu, ticarət münasibətlərinin ciddi zərər gördüyü vaxtda baş verib. Artıq qeyd edildiyi kimi, bizim milli valyutamız sabitdir və zənnimcə, bu da makroiqtisadi sabitliyin mühüm amillərindəndir. Biz anlayırıq ki, makroiqtisadi sabitlik olmadığı təqdirdə bütün səylərimiz sarsılacaq. Biz işsiz, aztəminatlı və pandemiyadan əziyyət çəkən sahələrdə, məsələn, turizm və digər sahələrdə çalışan yüz minlərlə insanın dəstəklənməsi üçün 2 milyard dollar həcmində sosial və iqtisadi paket təqdim etmişik. Təkcə kiçik sahibkarların sayı 600 minə yaxındır. Beləliklə, biz həmin vəsaitləri pandemiyadan əziyyət çəkmiş insanlara lazımi dəstəyin göstərilməsi üçün ayırmışıq. Qeyd edildiyi kimi, bank sistemində, həmçinin dəyişikliklər gedir və bəzi bankların lisenziyası ləğv edilmişdir. İnsanların sığortalanmış bütün əmanətləri hökumət tərəfindən təmin edilmişdir”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin