16 İyul 2020 08:20

Sosial şəbəkələrdə yayılan video ilə bağlı TƏBİB-dən AÇIQLAMA

“Hazırda istənilən səbəbdən ölən şəxsdən COVID-19 analizi götürülür”.

Bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva sosial şəbəkədə ölən şəxsə məcburi COVID-19 diaqnozunun qoyulduğu deyilən videoya münasibətində deyib.

Bildirib ki, video araşdırılıb və məlum olub ki, Təcili Tibbi Yardıma çağırış qızdırma ilə bağlı olmayıb:

“Çağırış adi narahatlıqla bağlı olub. Belə çağırışlara isə tibb işçiləri xüsusi geyimlə getmir. Təcili Yardım işçiləri ünvana çatan zaman ölüm halını görüb. Onlar da qaydalara uyğun olaraq analiz götürməyə çalışıb və videoda da bunu izah etmək istəyirlər. Sadəcə rəhmətə getmiş insanın yaxınları elə bilir ki, xəstəyə COVID-19 yazmaq istənilir. Onkoloji xəstə olduğunu heç kim təkzib etmir. Ancaq həmin testin götürülməsi vacibdir və götürülüb. Cavab da neqativ çıxıb və bu, sənədlərdə də qeyd olunub”.

 

Qeyd edək ki, sosial şəbəkədə yayılmış videoda başqa səbəbdən ölən şəxsə həkimlər tərəfindən koronavirus diaqnozunun qoyulmaq istədiyi iddia olunurdu. Buna görə də mərhumun yaxınları və tibb işçiləri arasında mübahisə yaranmışdı. (qafqazinfo)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin