13 İyul 2020 10:12

“Bu işi həmin kəndin kişilərinə yaraşdırmadım” – Deputat bələdiyyə üzvü ilə sədrin qalmaqalından DANIŞDI

“Neftçala rayonunun Xolqaraqaşlı kəndində camaatla bələdiyyə sədri arasında ciddi narazılıq var”.
Turkustan.info bildirir ki, bunu modern.az-a adıçəkilən kəndin bələdiyyə üzvü Vəfa Nağı və bələdiyyə sədri Əlibala Səlimov arasında yaranmış münaqişədən danışarkən Neftçala rayonun deputatı Sabir Rüstəmxanlı deyib. O qeyd edib ki, Əlibala Səlimov təcrübəli şəxsdir, sovet dövründən qalma kadrlardandır, vaxtilə kolxoz sədri və SSRİ Ali Sovetinin deputatı olub:
“Səlimov cavan yaşından rayonda hörmət qazanıb və buna görə indiyə qədər üzdədir. Lakin bu gün camaatla Əlibala Səlimov arasında ciddi konflikt var. Epidemiya səbəbindən həmin kəndə gedib, məsələ ilə daha yaxından tanış ola bilmədim. Əslində bu mənim işim də deyil. Çünki bələdiyyə sədrini camaat özü seçib, indi isə narazılıq edir. Hər bir halda onu bilirəm ki, narazılığın kökündə Səlimov haqqında mənfi iddialar dayanır. Əhali deyir ki, Səlimov həm camaat üçün ayrılan bələdiyyə torpaqlarından, həm örüşlərdən, həm də əkinə yararlı sahələrdən öz şəxsi mənafeyi üçün istifadə edir. Oğluna torpaq sahələri verib. Bir neçə dəfə camaatın bələdiyyə sədrinə etirazı əks etdirən videolar yayılıb, mənə də göndəriblər. Rayon rəhbərliyinin də bundan xəbəri var. narazlılıq dalğası getdikcə böyüyür.
Bələdiyyə sədrinin fəaliyyətindən narazı olan şəxslərdən biri də Vəfa Nağıdır. O həmin kənd bələdiyyəsinin üzvüdür və rayonun fəal qadınlarından biridir. Qadın hüquqlarını müdafiə etməsi ilə tez-tez gündəmə gəlirdi. Ola bilər ki, bu kimi addımlarında bəzən ifrata varır. Amma eyni zamanda,  camaatla birlikdə kəndin haqlarını da tələb edir.
Bələdiyyədə də hər şeyin şəffaf olmağını istəyir. Münaqişə buradan başlayıb.
Vəfa Nağının tələbinə cavab adekvat olmayıb. Bələdiyyə üzvü hesabatı, yaxud başqa nəyi isə tələb edirsə, bələdiyyə sədri, onunla hər şeyi açıq-aydın müzakirə edib, həll edə bilər. Ona görə burada bələdiyyə sədrinin təqsiri olub. Vəfa Nağının böyüdülmüş fotolarını kəndin müxtəlif hissələrində yapışdırıblar. Bələdiyyə üzvü dənizə də gedə bilər, bu fotolar heç nə demək deyil. Şəxsi məsələləri bu şəkildə ictimailəşdirmək olmaz. Söhbət bələdiyyənin işinin şəffaflığından, torpaqların düzgün bölünməsindən gedirsə, buna qanun-hüquq çərçivəsində, mədəni şəkildə cavab vermək lazımdır. Bu fotonu kim yayıbsa, elə həmin kənddəki kişilərə yaraşan iş deyil. Camaatın bunu necə qəbul etdiyini bilmirəm, amma mənim mövqeyim budur”.


Sabir Rüstəmxanlı onu da əlavə edib ki, bələdiyyə seçkilərində camaat etimad edib, Əlibala Səlimovu bələdiyyəyə seçibsə, bu o demək deyil, səlahiyyətindən, bələdiyyənin imkanlarından fərqli formada istifadə edə bilər:
“Əslində Vəfa Nağının məsələsi fikri yayındırmaq üçün ortaya atılıb. Bütövlükdə bu kənd bələdiyyə sədrindən çox narazıdır. Neçə aydır, kənd camaatı sakitləşmək bilmir. Hər gün yığışırlar, məktublar yazırlar, icra hakimiyyətinə müraciət edirlər. Narazılıq pik həddə çatıb. Ona görə, Vəfa Nağının məsələsini ortaya atıblar ki, narazı camaatın fikrini yayındırsınlar. Əslində isə Vəfaya deyil, kənd camaatına cavab vermək lazımdır. Camaatla bələdiyyənin münasibətləri araşdırılıb, aydınlaşdırılmalıdır”.
Xatırladaq ki, bir neçə gündür Neftçala rayonunun Xolqaraqaşlı kəndində bələdiyyə üzvü Vəfa Nağı ilə bələdiyyə sədri Əlibala Səlimov arasında münaqişə yaşanır. Vəfa Nağı üzvü olduğu bələdiyyənin maliyyə hesabatı ilə tanış olmaq istəyib.
Bələdiyyə sədri isə onun tələbinə qarşı çıxaraq, qadının çimərlik şəklini dayanacaqlara yapışdırıb. Bu qalmaqaql artıq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin