05 İyul 2020 16:51

Azərbaycan soraqlı Əli Polad

 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

Amaliya Ömər

 

 

Yaxşı adam həyatını, axan su nümunəsində olduğu kimi təqib edərək formalaşdırır. Su ayrı-seşkilik etmədən bütün varlıqlara eyni həyat verir; su daim alçaq yerlərdə tapılar, heç kim onu yüksək yerlərdə axtarmaz. Ona görə də suyun yolu ruhi rahatlığı təmin etmək yolunda bir nümunə təşkil etməkdir. (Lao Tzu)

O, 1970-ci ildə Türkiyədə Kənd Təsərrüfatı İnstitutunun Kənd Təsərrüfatı və İqtisadiyyat fakültəsini ali mühəndislik ixtisası üzrə bitirir.  Bu illərdə “su və suvarma” dərsindən qiymət ala bilmədiyi üçün institutdan iki il gec məzun olur. Bu hadisə ona o qədər təsir edir ki, özünə bir söz verir. Və nəhayət sözünü 2008-2011-ci illərdə həyata keçirdir.  “Su və sağlamlıq”, “Su və Həyat”, “Su və cəmiyyət” adlı üç cilddən ibarət “Bir damla su” kitabını həm Osmanlı, həm də Azərbaycan Türkçəsində nəşr etdirir. O düşünür ki, əgər “Bir damla su” kitabını oxuduqdan sonra insanlar bir damla artıq su içirsə məqsədinə çatmışdır demək. Beləliklə də tələbəlik illərindən uzun zaman keçsə də kəsiri oldduğu su mövzusunda yazdığı kitab sayəsində cəmiyyət qarşısında verdiyi imtahandan alnıaçıq çıxacaqdır.

Həyat, yaşamağı bacaranındır…

1944-cü ildə Təbriz şəhərində dünyaya göz açan, əslən Azərbaycanlı olan iş adamı, araşdırmacı yazar Əli Polad 10 yaşında atasını itirir və o zamandan etibarən həyatın sınaqları ilə qarşı qarşıya dayanaraq hər zaman mübarizə aparmağa başlayır. İlk işini sabun fabrikasında başlayan 13 yaşlı Əli daha çox pul qazanmaq üçün gənclərin gördüyü işlərə can atır. Qısa zaman ərzində evinin bir küncündə öz  emalatxanasını quraraq sabun istehsal edib satmağa başlayır. Beləcə yavaş yavaş iş həyatında ilk təcrübəsini qazanaraq gələcəkdəki böyük işlərə təməl qoyur. Əli müəllim o illəri belə xatırlayır: “Mənim doğum şərtlərim, dünyaya gəliş şəklim və atamın mən 10 yaşındaykən vəfatı mənə kiçik yaşlarımda dünyada nə qədər neqativ hadisələr varsa hamısını göstərdi. Bütün bu yaşadıqlarımdan dolayı əslində mən çox neqativ, küskün və bədbin adam olmalıydım. Allahın lütfü sayəsində mən tam əksi oldum. Yəni bütün neqativ duyğularımı hər zaman unutmağa çalışdım. Unutmağa çalışdığım isə nələr idi soruşsanız- Bəli, ailə… Bir tərəfdən ögeylər var onlar çox zəngindi. Bir tərəfdə isə biz varıq. Anam, mən və iki qardaşım. Biz isə çox kasıb idik. Mən 10 yaşımda artıq işləməyə başlamışdım. Həm dərs oxuyurdum, həm də işləyirdim. Təbii ki, digər uşaqlar kimi qayğısız olmağın həsrətini çəkmədim deyə bilmərəm. Və mən heç vaxt digər uşaqlar kimi ola bilmədim. Amma hərdən düıünürəm ki, bəlkə də uşaqlıqda bu qədər zəhmət çəkməsəydim bu zirvəyə gəlib çata bilməzdim. Mən uşaqlığımda hər fürsət tapdığımda 150 səhifəlik kitabı 2-3 günə oxuyub bitirən adamam. Bir tərəfdən təhsil, digər tərəfdən də çörəkpulu qazanmam lazım idi.”

Dünyada heç bir şey su qədər yumşaq və incə deyil, lakin böyük qayalar kimi sərt və sabit nəsnələri, onlardan daha yaxşı heç bir şey onlar kimi qıra bilməz və parçalayamaz. Lao Tzu

Ali müəllim də beləcə “axar su” kimi qarşısında olan bütün maneələri səbrlə aşaraq məqsədinə doğru gedirdi. Nə idi Ali müəllimin məqsədi? Uğurlar əldə edərək nə etmək istəyirdi?

“Əl tutmaq Əlidən qalıb”-deyərlər…

Ali müəllimin ilk araşdırma yazıları “3 min illik birikim” adlı kitabında yer aldı. Ilk ve son kitabı olacağını vurğulasa da müəyyən müddətdən sonra ikinci bir kitab yazmağı düşünür. Həzrəti Əlinin həyatı və yaradıcılığı haqqında bilgilər toplamaq üçün iki dəfə İraqa getmiş və 18 aydan sonra “Ya Ali, Hz. Alidən 555 hikmətli söz” adında kitab işıq üzü görmüşdür.  Ali müəllimin bu həyatda əsas məqsədi hər zaman insanlara dəstək olmaq, onların qismən də olsa qayğılarını azaltmaqdır. Xüsusən də gənc, dərslərində müvəffəqiyyətli olan tələbələrə diqqət ayırır. Gənclərin savadlı olması millətin gələcəyinin işıqlı olması deməkdir. Ali müəllimin şəxsi kitabxanası tələbələr üçün hər zaman açıqdır. Nə zaman Azərbaycan ədəbiyyatından araşdırma yazılar üçün bir kitaba ehtiyac olsa  Ali müəllim kömək etmək etmək üçün əlindən gələni edər. Axı, “Əl tutmaq Həzrəti Əlidən qalıb” deməyiblər əbəs yerə…

Ən dəyərli kitablarından biri də ana vətəni olan Təbriz haqqındadır. “Mədəniyyətlərin görüşdüyü Təbriz və çevrəsi” adlı bu kitab 5 dildə  nəşr olunmuşdur. Azərbaycan Türkcəsi, Farsca, Rusca, İngiliscə və Osmanlı Türkçəsində nəşr olunan bu kitab Təbrizin mədəni irsini dünyaya tanıtmaq üçün yazılmışdır. Heç bir maddi dəstək almadan hazırladığı bu kitab dünyanın fərqli şəhərlərinin kitabxanalarına hədiyyə edilmişdir.

“Ömər Xəyyam və rübailəri” kitabı isə 6 dildə nəşr olunmuşdur. Ali müəllim bu özəl kitaba 2008-ci ildə tanıtım gecəsi keçirmişdir. Qonaqlar arasında Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Baş Qərargahın eks sədri İsmayıl Haqqı Qaradayı və İstanbulun keçmiş valisi Nevzat Ayaz da olmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əli Polad 2001-ci ildən başlayaraq bu günə qədər 50-yə qədər kitab yazmışdır.

2009-cu ildə isə erməni məsələləri üzrə araşdırmalar edərək 90 dəqiqəlik bir sənədli film hazırlamışdır. Dünyanın bir çox yerlərində konfransara qatılır, seminarlara dəvət olunur “Suyun insan həyatına faydaları” haqqında mühazirələr söyləyir. Bildiklərini və kitablarını gənclərlə paylaşmaqdan böyük zövq alan Əli müəllim üçün həyatda bir şüar var. Onun üçün qazanmaq –paylaşmaq deməkdir…

Mənim könlüm bu torpağı vəsf eyləyərək,

Azərbaycan dünyasından baxar dünyaya…M. Araz

Nə zaman ki, qəlbimdə vətən nisgili olsa, vətən üçün darıxsam Ali müəllimin mədəniyyət evinə gedirəm. Xoş sohbətlərini dinləyirəm. Yeni yazdığı kitabları ilə tanış oluram. Uğurlarımı paylaşıram. Və Azərbaycan xalq musiqilərini, muğamlarını dinləyib ruhumu oxşayıram. Ali müəllimin mədəniyyət evinə daxil olanda sanki Azərbaycan dünyasına daxil olursan. Orada  hər zaman Azərbaycan musiqisi səslənir. Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Hacıbaba Hüseynov və digər sənətkarların musiqiləri insanı bir başqa aləmə aparır. Oradan ayrılanda isə yazıb yaratmaq eşqi yaranır insanın qəlbində. Bəli, həyatda çətin günlər yaşamasına baxmayaraq heç vaxt ümidini, yaşamaq eşqini  itirməyən Əli müəllim öz pozitiv enerjisi ilə hər gələn qonağa xoş əhval ruhiyyə bağışlayır. Əli müəllim haqqında nə qədər yazsam az olar. Kitabları isə hərəsi bir xəzinədir…

Xülasə, məqaləmin sonunu Əli müəllimə olan arzumla bitirmək istəyirəm: “Su qədər ömrünüz olsun, Ali müəllim! Yazın, yaradın! Biz gənclər də sizin elminizdən, təcrübələrinizdən damla, damla faydalanaraq elm dəryasına qatılaq!”

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin