05 İyul 2020 16:59

17 yaşlı azərbaycanlı tələbənin qatili cinayətin motivlərini AÇIQLADI – VİDEO

Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən Azərbaycan vətəndaşı Timur Qavrilovun qatili 22 yaşlı Vitali Vasilyev qətlin səbəbini açıqlayıb.

Rusiya KİV xəbərlərinə görə, Belarusa qaçmaq istəyərkən Smolensk şəhərində tutulan 22 yaşlı şübhəli Vitali Vasilyev istintaq çəkiliş zamanı “qətli irqi nifrət zəmnində törətmisiniz?” sualına müsbət cavab verib. Növbəti “cinayəti törtədiyinizə görə peşmansınızmı?” sualına isə “bəli” deyərək cavab verib.

Bununla da istintaqın qətlin milli zəmində törədilməsi barədə versiyası təsdiqini tapmış olub.

22 yaşlı Vladimir Vasilyevin heç yerdə oxumadığı və işsiz olduğu, cinayət baş verənə qədər Timur Qavrilovu tanımadığı da söylənilir. Hazırda Volqoqrad məhkəməsi Vladimir Vasilyev barəsində avqustun 21-nə qədər həbs-qəti imkan tədbiri seçərək barəsində “qəsdən adam öldürmə” maddəsi ilə iş açıb.

17 yaşlı Timur Qavrilov Volqorad Tibb Universitetinin 1-ci kurs tələbəsi olub. O, iyunun 13-də küçədə hücuma məruz qalaraq 20 bıçaq zərbəsi ilə öldürülüb. Ailənin yeganə övladı olan Qavrilov Gəncədə dəfn olunub. (modern.az)

VIDEO

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin