10 İyul 2020 06:52

Bakı Parlament Platforması “Covıd-19″u beynəlxalq konfransla müzakirə etdi – FOTOLAR

İyunun 24-də Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının (Bakı Parlament Platforması – BPP) “COVID-19 pandemiyasına birgə cavab” mövzusunda onlayn Parlament Konfransı keçirilib.

Tədbirdə Bakı Parlament Platformasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri və Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Almaniya parlamenti nümayəndə heyətinin rəhbəri və Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann, Türkiyə Böyük Millət Məclisi (TBMM) nümayəndə heyətinin rəhbəri və Türkiyə parlamenti sədrinin müavini Süreyya Sadi Bilgiç, İtaliya nümayəndə heyətinin rəhbəri, İtaliya Deputatlar Palatasının vitse-prezidenti Ettore Rosato, Gürcüstan nümayəndə heyətinin sədr əvəzi və Gürcüstan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri İrakli Beraya və Rumıniya parlamentinin nümayəndə heyətinin sədr əvəzi və parlamentin üzvü Viktor Paul Dobrenin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Konfransa ATƏT Parlament Assambleyasının (ATƏT PA) prezidenti, Azərbaycan Respublikasının Almaniya, Türkiyə, İtaliya, Gürcüstan və Rumıniyadakı fövqəladə və səlahiyyətli səfirləri, həmçinin, Türkiyə, İtaliya, Gürcüstan və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri qatılıblar.

Konfransı giriş sözü ilə açan Bakı Parlament Platformasının Koordinatoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azay Quliyev qonaqları salamlayaraq Konfransın və Bakı Parlament Platforması çərçivəsində birgə fəaliyyətin Azərbaycan, Almaniya, Türkiyə, İtaliya, Gürcüstan və Rumıniya parlamentariləri arasında qarşılıqlı anlaşma və həmrəyliyin daha da möhkəmlənməsinə və eyni zamanda Bakı Parlament Platformasının COVID-19 pandemiyası və post-pandemiya kontekstində əsas vəzifələrinin müəyyənləşməsinə xidmət edəcəyinə inandığını bildirib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ATƏT PA-nın Prezidenti Georgi Tsereteli bildirib ki, koronavirus böhranının təsirinə məruz qalan hazırkı geosiyasi vəziyyət regional həmrəyliyin və intensiv müzakirələrin daha da sıx şəkildə həyata keçirilməsini günümüzün tələbinə çevrir. Təmsil etdiyi qurumun bu istiqamətdə həyata keçirdiyi işlər barədə iştirakçıları məlumatlandıran G. Tsereteli həm də Bakı Parlament Platformasının müvafiq sahələrdəki potensialını vurğulayıb.

Bakı Parlament Platformasında Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli konfrans iştirakçılarına COVID-19-a qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsi barədə məlumat verərək qeyd edib ki, koronavirusla mübarizənin “Azərbaycan modeli” fövqəladə hal elan etmədən bir sıra məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutur. Cari sanitar-epidemioloji vəziyyət hökumət tərəfindən diqqətlə təhlil edilir və müvafiq tədbirlər görülür ki, bunun da sayəsində insan itkiləri səviyyəsi minimum sayda qalmaqdadır. Əli Hüseynli bildirib ki, Azərbaycan hökuməti pandemiyadan əziyyət çəkən iqtisadiyyat sahələrinə, işsiz və iş yerlərini itirən şəxslərə, aztəminatlı insanlara və qeyri-rəsmi fəaliyyətlə məşğul olan vətəndaşlara dəstək məqsədilə 2 milyard avroya yaxın vəsait ayırıb. Virusun yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilib.
Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri, həmçinin, Bakı Parlament Platformasının parlament diplomatiyasına və müvafiq istiqamətdə həyata keçirilən beynəlxalq səylərə verdiyi töhfəni vurğulayaraq bu qlobal bəlanın ən qısa müddətdə aradan qaldırılması üçün qanunverici orqanların səylərinin birləşdirilməsi üçün uğurlu təşəbbüs ola biləcəyinə inandığını bildirib.

Türkiyə Böyük Millət Məclisi (TBMM) nümayəndə heyətinin rəhbəri, Türkiyə parlamenti sədrinin müavini Süreyya Sadi Bilgiç Bakı Parlament Platformasını parlamentlərarası diplomatiyaya qlobal əməkdaşlıq kontekstində verilən əhəmiyyətin parlaq nümunəsi adlandıraraq Platformanın builki konfransını COVID-19 pandemiyasına qarşı mübarizəyə dair parlamentlər səviyyəsində müvafiq təcrübə mübadiləsinin aparılması üçün əlverişli imkan adlandırıb.
Süreyya Sadi Bilgiç Türkiyə Cümhuriyyətinin koronavirusa qarşı mübarizə sahəsindəki təcrübəsi barədə də ətraflı məruzə ilə çıxış edib.

Tədbirdə çıxış edən Almaniya Bundestaqının vitse-prezidenti, Almaniya parlamenti nümayəndə heyətinin rəhbəri Tomas Oppermann Azərbaycanla Almaniya arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann Azərbaycana bu cür təşəbbüsün irəli sürülməsinə görə təşəkkürünü bildirərək Bakı Parlament Platformasının regiondakı dövlətlərarası münasibətlər səviyyəsinin təkmilləşdirilməsi, regionda davam edən münaqişələrin de-eskalasiyası və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verə biləcəyinə inandığını qeyd edib.

COVID-19 kontekstində qlobal tərəfdaşlığın əhəmiyyətini xüsusilə vurğulayan Tomas Oppermann bu cür çətin vaxtda beynəlxalq səylərin birləşdirilməsinin vacibliyi barədə geniş məruzə ilə çıxış edib. Bununla bərabər, Almaniya Parlamentinin nümayəndə heyətinin rəhbəri Avropa İttifaqı ölkələrinin müvafiq təcrübəsi barədə məlumat verib.

Tədbirə dəvət olunmuş İtaliya nümayəndə heyətinin rəhbəri, İtaliya Deputatlar Palatasının vitse-prezidenti Ettore Rosato Bakı Parlament Platforması çərçivəsində bir araya gələn 6 dövlətin güclü iqtisadi və mədəni əlaqələrinin olmasına toxunaraq BPP-nin iştirakçı dövlətlər arasında fikir mübadiləsinin aparılmasına, koronavirusun səbəb olduğu böhrandan birgə çıxış yolunun tapılmasına öz töhfəsini verə biləcəyini qeyd edib.

Onlayn konfransda çıxış edən Gürcüstan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri İrakli Beraya və Rumıniya parlamentinin üzvü Viktor Paul Dobre təmsil etdikləri ölkələrin Bakı Parlament Platformasında dəvət edilməsinə görə təşəkkürlərini bildirərək koronavirusla mübarizəyə dair Gürcüstan və Rumıniyadakı son vəziyyət haqqında çıxış ediblər.

“COVID-19 pandemiyası və post-pandemiya dövründə BPP-nin üzərinə düşən əsas vəzifələr” mövzusuna həsr olunan panel müzakirələri çərçivəsində çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov Azərbaycan Respublikasında COVID-19 pandemiyasına qarşı görülən tədbirlər, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa qarşı mübarizənin Azərbaycan modelini digər ölkələr üçün nümunə adlandırması və ölkəmiz tərəfindən 29 ölkəyə pandemiya ilə mübarizə çərçivəsində humanitar yardım göndərilməsi barədə ətraflı məlumat verib. S. Məmmədov, həmçinin, koronavirusdan ən çox əziyyət çəkən dövlətlərin bayraqlarının parlaq memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin üzərinə reproduksiya olunmasını iştirakçıların nəzərinə çatdırıb.

Soltan Məmmədov, həmçinin, parlament səviyyəsində görülən müvafiq işləri və koronavirusun fəsadlarından əziyyət çəkən sahibkarlara dövlət tərəfindən göstərilən dəstəyi də qeyd edib. Daha sonra, ÜST-lə birgə həyata keçirilən REACT-19 layihəsi, koronavirusla bağlı ən son məlumatların geniş əhali üçün daha əlçatan edilməsi məqsədilə yaradılan elektron resurslar, o cümlədən koronavirusinfo.az veb-saytı, e-TƏBİB və TƏBİB Bot mobil tətbiqetmələri barədə onlayn konfransa qatılan şəxslərə geniş məlumat verilib.

İtaliya Deputatlar Palatasının Kvestoru Edmondo Kirielli, Türkiyə Böyük Millət Məclisinin üzvləri Nabi Avcı və Ahmet Arslan BPP-nin qarşılıqlı etimad və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında yüksək səviyyəli əməkdaşlığın qurulması və digər müvafiq sahələrdə mühüm rolunu qeyd edərək təmsil etdikləri ölkələrdə koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında məruzə ilə çıxış etdilər.

Panel çərçivəsində çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai koronavirus pandemiyası səbəbindən ölkələr arasında daimi əlaqələrin və əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. N. Arpadarai bildirib ki, COVID-19 bəlası səbəbindən bir çox problemlərlə üzləşən beynəlxalq tərəfdaşlıq əlaqələri bütün çətinliklərə baxmayaraq inkişaf etməkdə davam etməli, insanlar arasında əlaqələr, yük və sərnişin daşınmaları daha da təkmilləşdirilməlidir. Deputat, həmçinin, pandemiyanın təhsil sahəsinə göstərdiyi təsirlərin də aradan qaldırılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirin yekununda Bakı Parlament Platformasının Koordinatoru Azay Quliyev onlayn konfransa qatılan hər kəsə COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində səylərin birləşdirilməsinə verilən töhfəyə görə təşəkkürünü bildirirərək vurğulayıb ki, bugünkü müzakirələr və onların nəticələri Bakı Platforması çərçivəsində parlamentlərarası əməkdaşlığın missiyası və məqsədlərinin reallaşdırılaraq keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında növbəti addıma çevriləcək.

Görüntünün olası içeriği: 1 kişi, iç mekan

Görüntünün olası içeriği: 1 kişi

Görüntünün olası içeriği: 2 kişi

Görüntünün olası içeriği: 4 kişi, yazı

Görüntünün olası içeriği: 2 kişi

Görüntünün olası içeriği: 2 kişi

Görüntünün olası içeriği: 2 kişi

Görüntünün olası içeriği: 14 kişi

Görüntünün olası içeriği: 2 kişi

Görüntünün olası içeriği: 2 kişi, yazı

Görüntünün olası içeriği: 3 kişi

Görüntünün olası içeriği: 3 kişi

Görüntünün olası içeriği: 2 kişi, yazı

 

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin