08 İyul 2020 10:02

COVID-19 ehtimalları: Əgər varsa…

Fakt odur ki, biz bu gün “kərgədan trayektoriyası” üzrə irəliləyirik

Bizdə COVID-19-a inam məsələsində haqlı şübhələr var. İnanmamağımız üçün səbəblər çoxdur. Bu səbəbləri sadalamağa dəyərmi? Gərək, ta əvvəldən başlayaq. Ki, onda da Allahın Adəmi yaratmasından başlayıb, Həvvanı onun qabırğasından yapmasına, oradan tibbə, oradan TƏBİB-ə, oradan da TƏBİB-in öz “xəstəliyinə” dərman tapa bilməməsinə qədər yol keçməliyik.

Bunlara hacət yoxdur. Fakt odur ki, biz bu gün cəmiyyət olaraq “kərgədan trayektoriyası” üzrə irəliləyirik – qarşıda yol sağa burulsa da, düz gedirik, sola burulsa da. Yəni koronavirus olsa da, öz aləmimizdəyik, olmasa da. Həyatımıza çəki-düzən veririkmi? – Xeyr! Azacıq ehtiyat tədbiri görürükmü? – Yox!

Əvəzində nə edirik? – Qisas alırıq. Kimdən? – Bizə bu məhdudiyyətləri yaşadanlardan. Bəs, necə? – Öz həyatımız üzərində çiling-ağac oynamaqla, dirədöymə vurmaqla. Heç nəyi vecimizə almırıq, heç kimdən çəkinmirik, heç bir qadağa tanımırıq.

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir ...

Olsun… Bəs, düşünürükmü ki, bütün bunlar bizim vecimizə olmadığı halda, biz onların heç vecinə deyilik? Onu da fikirləşmirik ki, bu qədər təlaş niyə? Yəni, ağlımıza gəlmir ki, vətəndaşın bu qədər qayğısına qalırlarsa, nəsə ciddi bir nəsnə var işin arxasında?

Hökumət niyə durduğu yerdə pul xərcləsin? Biz hökuməti nə vaxtsa kisənin ağzını geniş açan görmüşükmü? Yəqin ki, xeyr! Lalın dilindən sözü almaq daha asandır, nəinki bizim hökumətin cibindən pul (o pulu necə verirlər – bu, ayrı mövzu). Deməli, nəsə var ki, zor-xoş cibə (büdcəyə) əl atırlar.

Beləysə, biz niyə bizi bizdən az sevənlər (ya da tutalım, sevməyənlər) qədər özümüzü düşünmürük? Niyə vecimizə deyilik?

Yuxarıda qeyd olunduğu kimi, inamsızlıq, etimadsızlıq üçün səbəblərimiz çoxdur. Bu qədər yalanın içində doğru olana (əgər doğrudursa) inanmağımızı kimsə bizdən tələb edirsə, əvvəl gedib yalanlarını düşünsün (düzəltmək bir yana). Bəli, əvvəldən yalan varsa, sonra etimadı təmin etmək çox çətin olur.

“Yalançının evi yandı, kimsə ona inanmadı” deyimini xatırlayırsınız, yəqin…? Düz edirsiniz! Başqa məna vermək də mümkün deyil.

Və gələk özümüzə – elementar gigiyena qaydalarına əməl etməyən bizə! Guya, təmizliyə riayət etməyəndə haqsızlığa qarşı gəlmişmi oluruq? Qarşından gələnin ayağının altına tüpürəndə (üzrümü qəbul edin) nəyi nümayiş etdiririk – ədəbimizimi? Ümumiyyətlə, bu qədər “daxili azadlıq” bir az abartılı deyilmi?

Deyək ki, heç COVID meydana çıxmayıb, belə bir virus yoxdur… əlimizi şalvarın altından çıxarıb, üstünə silib, qonşunun üstünə cummuruq, hə? Hə və bəli! Biz əzəldən belə olmamışıqsa, yalan deyiriksə…

Yenə qayıdaq özümüzə. Dostlar, inanaq-inanmayaq, özümüz bilərik. İnandırmaq üçün heç bir faktım və fikrim yoxdur. Əksinə, inanmamağımız üçün səbəblərin çəkisi inanmağımızı gərəkdirən faktlardan, bəlkə də ağır gələr, amma…

Gəlin, bir də belə düşünək. Həzrət Əliyə deyirlər ki:

– Bu qədər ibadət edirsən, Haqq yolunda çalışırsan, axirətə inam davası aparırsan. Bəlkə, heç axirət yoxdur…?

– Əgər yoxdursa, mənim itirəcəyim bir şey olmayacaq. Amma əgər varsa, siz itirəcəyinizi düşünün.

Hər halda, ehtiyat igidin yaraşığıdır, ey igid həmvətənlərim!

Müəllif: Tural Talehoğlu

/ayna.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin