08 İyul 2020 10:09

Karantin necə sərtləşdiriləcək, hansı qadağalar olacaq? – DİQQƏT!

Son günlər koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir.

Turkustan.info bildirir ki, bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən olunmuş bir sıra məhdudiyyətlərin daha da sərtləşdirilməsini zəruri hesab etdiyini və bu istiqamətində yeni qərarlar qəbul edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı redaktor.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev xüsusi karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac olduğunu bildirib:

“Bundan sonrakı vəziyyətin necə olacağı Azərbaycan vətəndaşının məsuliyyəti və davranışından asılıdır. İnsanlara dəfələrlə bildirildi ki, əgər qaydalara məsuliyyətli şəkildə əməl etməslər, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki virusun qarşısının alınmasında əsas rolu vətəndaş oynayır. Lakin görünən odur ki, onlar qoyulan tələblərə əməl etmək istəmir. Bu baxımdan da vətəndaşların qaydalara əməl etməməsi, görülən tədbirləri effektsiz edir. Düşünürəm ki, bunun qarşısını almaq üçün karantin rejimi daha da sərtləşdirilməlidir. Bəlkə o zaman insanlar vəziyyətin ciddiliyini başa düşər”.

Millət vəkili cərimələrin artırılmasını təklif edib:

“Baxmayaraq ki, cərimələr tətbiq olunur, amma görünən odur ki, hazırki cərimənin miqdarı insanlara vəziyyətin ciddiliyi dərk elətdirmir. Bu baxımdan düşünürəm ki, cərimələri daha da artırmaq lazımdır, bəlkə insanlar vəziyyəin ciddiliyini bundan sonra dərk edib, qaydalara əməl edələr.

Arzu Nağıyev: Paşinyan yenə də Dağlıq Qarabağ kartından istifadə ...

Dövlət vətəndaşın yanındadır, vətəndaş da dövlətin yanında olmalıdır ki, bu virusa qalib gələ bilək. Əks halda karantin qaydaları daha da sərtləşəcək, özümüz də, ətrafımız da bundan əziyyət çəkəcəyik. İnsanlar bilməlidir ki, onun addımı təkcə özü üçün deyil, ətrafdakı insanlar üçün də ciddi təhlükə yarada bilər

Əgər rəqəmlər bu tempdə davam etsə, karantin rejimi daha da ağırlaşmalı, cərimələr artırılmalıdır. Yoxsa bunun qarşısını almaq mümkün olmayacaq”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin