08 İyul 2020 08:47

Azərbaycan və Ermənistan orduları: Hansı daha güclüdür?

İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb.

Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin ediliblər. Bu gün həmin şanlı tarixin 102-ci ili qeyd edilir. Öncə bildirək ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunub.

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.

Hazırda Azərbaycan Silahlı Qüvvələri regionun qüvvətli hərbi gücüdür. Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gəlir. Həmçinin ordumuz işğalçı Ermənistan ordusu üzərində qeyd-şərtsiz əzici üstünlüyə sahibidir. İndiyədək keçirilən paradlarda nümayiş etdirilən silah və texnikalar Silahlı Qüvvələrimizin güc və qüdrətindən xəbər verir. 2014-cü ilin avqust hadisələri, 2016-cı ilin aprel döyüşləri, 2018-ci il Naxçıvandakı Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktiki göstəricisi hesab olunur.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müasir silah-sursat, hərbi texnika ilə təminatı məsələsi xüsusi diqqət mərkəzindədir. Buna görə də Azərbaycan Prezidenti innovativ müdafiə sənayesinin, qüdrətli müasir Silahlı Qüvvələrin yaradılmasına xüsusi önəm verir.
Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə dünyanın hərbi baxımından inkişaf edən ölkələrinin malik olduqları silahlar var.

Qeyd etməliyik ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI – Stokholm İnternational Peace Research İnstitute) məlumatına görə, 2014-2018-ci illər ərzində silah idxalına görə Azərbaycan dünyada 23-cü yerdə olub. Tədarükçülər arasında Rusiya (51 faiz), İsrail (43 faiz), Türkiyə (2,8 faiz) önə çıxıb.

Ötən il ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinin açıqladığı dünyanın ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələri də yer alıb. Mərkəzin dünyanın 137 ölkəsinin hərbi gücü ilə bağlı araşdırmasına əsasən, Azərbaycan 52-ci yerdə qərar tutub. Azərbaycan tank və zirehli maşınlar, raket və artilleriya sistemləri göstəricilərinə görə siyahıda daha da öndədir. Belə ki, “Global Firepower” hesab edir ki, Azərbaycan Ordusu tanklarına görə dünyada 32-ci, zirehli döyüş maşınlarına görə 41-ci, özüyeriyən artilleriyaya görə 27-ci, raket sistemlərinə görə isə 21-ci yerdədir.

Bu siyahıda ölkəmiz Qazaxıstan, Macarıstan, Avstriya, Çili, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Filippin, Portuqaliya, Belçika, Yeni Zelandiya kimi qabaqcıl ölkələrdən irəlidədir. Cənubi Qafqaz regionundan Gürcüstan 85-ci, işğalçı Ermənistan isə 96-cı yerləri tutublar.

Sözsüz ki, ordumuzun regiondakı gücü işğalçı tərəfdə narahatlıq yaradır. Təsadüfi deyil ki, 2015-ci ilin iyulunda Rusiyanın “Eksport voorujeniy” jurnalına müsahibəsində Ermənistan müdafiə nazirinin müavini Alik Mirzabekyan demişdi ki, Yerevanı, Bakının əsas etibarilə hücum hərbi texnikası və silahları, xüsusən də “Smerç” zenit-raket qurğuları, “Solntsepek” ağır raket sistemləri, “T-90” tankları və “MTU-90” körpüsalanları alması narahat edir.

Təkcə 2014-cü ildə Azərbaycanda şəxsi heyətin sayı 66 950, ehtiyat qüvvə 300 min nəfər göstərilib. Ermənistanda isə bu göstərici 48 850-nin 210-a nisbətində qeyd edilib. Sözügedən ildə Azərbaycan ordusunun sahib olduğu tankların sayı 339, Ermənistanda 110 olub. Piyadaların döyüş maşını sayında isə düşmənlərdən üstünlüyümüz var – 111-104.
Zirehli nəqliyyat vasitəsinin sayında isə təxminən 4 dəfə üstünlüyə sahib olmuşuq – 575 -136.

Eyni ildə ordumuzun 44 döyüş təyyarəsi olduğu halda, düşmən ölkədə bu gəstərici yalnız 15 sayda olub. Azərbaycan döyüş helikopterlərin sayı ilə də Ermənistanı geridə qoyub – 66-31.

Heç şübhəsiz ki, bu gün Azərbaycan Ordusu öz hərbi çevikliyi, gücü ilə işğal olunmuş torpaqlarmızı azad etməyə hər an hazırdır.  /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin