10 İyul 2020 06:41

Azərbaycanda əhali artımı aşağı düşür – Bu ilin əvvəlindən…

“Rəsmi statistik məlumata görə, bu ilin yanvar-aprel aylarında ölkə üzrə doğum ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% azalıb. 2019-ci ilin ilk 4 ayında doğum səviyyəsi 44,7 min nəfər olduğu halda 2020-ci ilin analoji dövründə bu göstərici 34,8 min nəfərə düşüb. Doğumun azalması fonunda ölüm halları 1,9% artıb. Əvvəlki illə müqayisədə bu il ölənlərin sayı 387 nəfər çox olub”.

Turkustan.info xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev Facebook səhifəsində yazıb.

S.Əliyev rəsmi statistikaya istinadla bildirir ki, ölüm hallarının artımını pandemiya ilə əlaqələndirmək olar, ancaq doğumun heç bir halda qlobal bəla ilə əlaqəsini tapmaq mümkün deyil: “Çünki övlad dünyaya gətirilməsinin planlanması pandemiya barədə anlayışın olmadığı dövrə düşür. Bəs bu azalma nə ilə bağlıdır? Doğumun azalması, ölümün artması nəticəsində ölkə üzrə təbii artım 42% azalıb. Təəssüf ki, pandemiya təbii artıma neqativ təsirini (məsələn, toyların təxirə salınması) gələn ilin əvvəllərində görə biləcəyik. Ən azı nikahların 25% azalması bunu deməyə əsas verir. Məlumat üçün bildirim ki, doğulanların 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarıdır. Balansın oğlanların xeyrinə pozulması da gələcək üçün başqa bir böhrandır”.

P.S.Şad xəbər budur ki, boşanmalar 23% azalıb.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin