03 İyul 2020 20:37

MTN Rüstəm İbrahimbəyovdan nə istəyib? – Açıqlama

“Mən Milli Təhlükəsizlik Nazirliyi 2013-cü ilin avgust ayında uzun müddət yaxın yoldaşlıq münasibətində olduğum Nicat Quliyevə silah sırıyaraq necə iş saxtalaşdırdığını təfərrüatlarıyla dəqiq bilirəm”. 

Turkustan.info xəbər verir ki, bu fikirləri Azərbaycan Kinemotoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov jurnalist Pərviz Həşimlinin Baş prokuror Kamran Əliyevə müraciətinə münasibət bildirərkən deyib.

Rüstəm İbrahimbəyov  əlavə edib ki, istintaq öz uydurmalarına don geyindirmək üçün ondan da Nicat Quliyevə qarşı ifadə almağa cəhd edib:  “Lakin buna müyəssər ola bilmədiklərinə görə dostuma olmazın əziyyətini çəkdirdilər, onu üç il həbsdə tutdular.

MTN-nin cinayətkar fəaliyyətinə dövlətimizin rəhbərliyi kifayət qədər sərt qiymət vermiş, bu hüquqazidd hərəkətlərdə iştirakı olanları da vəzifələrindən azad etmiş, cəzalandırmışdır. Atılan bu addımlar cəmiyyətimiz tərəfindən müsbət qarşılanmışdır.

Heç şübhə yoxdur ki, prokurorluq, məhkəmələr, aidiyyatı hüquq-mühafizə orqanları dostum Nicat Quliyevin qondarma işlə həbs olunduğunu çox yaxşı bilirlər. Ancaq ədalətin bərpa edilməsi üçün onların bu günə qədər hələ də təşəbbüs etməməsi və lazımi addım atmaması ictimai vicdana hörmətsizlikdən başqa bir şey deyildir.

Biz haqsızlığın dünyanın ən dəhşətli ağrısı, böyük günah sayıldığını unutmamalı və heç vaxt yaddan çıxarmamalıyıq ki, insanlara rifah və hüzur gətirən, onların acı və dərdlərinə məlhəm olan yalnız Ədalət və Həqiqətdir.

Mən aidiyyatı qurumları gecikdirmədən müvafiq qərar verərək dövlətimizin adlna ciddi xələl gətirmiş, insanımıza qarşı zülmləri ilə dəhşət dolu keçmişimizi – keçən əsrin 30-40-cı illərini tərənnüm edən “MTN” adlı mütəşəkkil dəstənin törətdiyi haqsızlıqları aradan qaldırmağa, bu həqiqət qəsbkarlarının ölkəmizin üzərinə atdığı qara ləkəni təmizləməyə, rəzaləti bərtərəf etməyə çağırıram.

Həqiqət və Ədalət naminə!.. İnsanlıq naminə!..”

Pərviz Həşimli Baş prokurora müraciətində onun və Nicat Quliyevin işinin yenidən araşdırılmasını xahiş edib. Pərviz Həşimli 2013-cü ildə MTN tərəfindən şərlənərək həbs olunmuşdu. (yenisabah.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin