10 İyul 2020 07:33

Ayrılığın adına bax: sosial məsafə… Hikmət Sabiroğlu yazır

Hikmət Sabiroğlu

Taleyimizdə bu da varmış – bacı-qardaş, qohum-əqrəba, dost-tanış üzünə həsrət qalmaq, tənhalıq vəsf olunur. Ayrılığın adına bax: sosial məsafə…

Koronavirus təzə-təzə hücuma keçəndə bunca bəla görmüş torpağa çox xətər dəyməz düşünürdük, indi hər bəlanı toy-bayram eləyir.

Bu fəlakət burulğanında çox ağır gün adamı dəlib keçir.

Xoş günümüz oldumu? Cavanlıq savaş, işğal, didərginlik içində, canımıza pərçim edilmiş sistemin basqısı altında yanımızdan ötdü.

İtirilmiş cavanlıqdan sonrakı qismətimiz öz bayrağımızın altında qəriblikdir. Vətənsizlik, hüquqsuzluq, çarəsizlik.

İndi bunların üstünə koronavirus tənhalığı da gəlib.

Çox ağır gün yada düşür. Yurdu, namusu tapdanan adamlarıq. Ona görə qana bələnməmiş bir il tapa bilmirsən.

…İmarətdən olmuş altı nəfərlik ailə darısqal bir otağa sığınıb. Qaşığımızın altıdan az olması deyil dərd. Bir-birimizin üzünə elimizə görə baxa bilmirik.

…Yaralı ürəyimizə məlhəm dövlətimiz zəbt olunur, elimiz paralanır.

…Kirayə və senzura qapılarında bir-birini qovan illər. Vətənə sahib çıxmaq istəyi.

…Nöqtə. Allahdan başqa hamı üz çevirir.

…Canımızdan can qoparan çaparaq illər. Ümidsiz çırpıntılar.

2020-yə iki min iyirmi itkidə giririk.

…Yurd qədər əziz bir adamın yanğısı, ardınca da koronavirus yalqızlığı gəlir.

Zülmə, iki min iyirmi bir itkiyə adamlara görə dözmüşük.

Yurd itkisi. Hər gün işğal yaşamaq – qismət kimi, qaçılmaz tale kimi, borc kimi.

Adamlara görə dözdük. Uşaqlıq dostları bir-birinə sarılıb dözdü.

Üzlərinə həsrətəm.

Didərginlərin iki görüş yeri var: yas, toy. Bir xeyir-şər məclisində də Allah-bəndə söhbətimiz olmadı, hər vaxt bir-birimizin üzündən nisgil oxuyub dağılışdıq.

O çöhrələr bir-birinə tamarzıdır.

Vətəndə qəribliyə bayraq kimi adamlara sığınıb dözdük.

Hərə öz hücrəsinə çəkilib indi.

Pirşağıda Şuşasız şuşalıların son mənzili var. O daş adamların da gözü yolda qalıb.

Hər yolumuz bağlıdır.

Hansını deyəsən?

Karantinin ilk iki ayını işdə tək keçirdim. Kəlmə kəsməyə kimsəm olmadı.

İndi dövlət mən adda jurnalist tanımır, vəsiqə yox, arayış istəyir, evdə, dizimin üstündə yazıram.

Şuşa nuru üzündən əskilməyən mamam oğlunu görməyə icazə almalıyam.

Biz hər dərdi adamlarla adlatdıq. Dərmanı adamsızlıq olan dərd içindəyik indi. Taleyimizdə bu da varmış…

Novator.az

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin