13 İyul 2020 08:27

Daha bir hakim vəfat etdi

Bakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.

Turkustan.info bildirir ki, bu barədə “Report”a vəkil Orxan Kəngərli məlumat verib. Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək. M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.

Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin