09 İyul 2020 06:04

Koronavirusdan evdə müalicə alanlar nələrə diqqət edilməlidir? – QAYDALAR+VİDEO

Evdə müalicə olunan koronavirus xəstələrinin evi tərk etməsi və ziyarətçi qəbul etməsi qəti qadağandır. Bu qayda evdə müalicəyə cəlb olunan koronavirus xəstələrindən alınan “Evdə müşahidə edilməyə dair iltizam” sənədində öz əksini tapıb.

Turkustan.info-nun Xezerxeber.az-a istinadən məlumatına görə, sənəd analiz nümunəsi götürülən zaman 2 nüsxədə doldurulur və imzalanır. Sənəddə müşahidə olunan şəxsə aid bəzi məlumatlar qeyd olunur. Bildirilir ki, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Xəstə tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə həkim məsləhətlərinə ciddi riayət etməlidir.

Sənəddə həmçinin qeyd edilir ki, müalicə alan şəxslərin e-təbib mobil tətbiqini mütləq qaydada yükləməlidir. Tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə yaxud sahə həkiminə müraciət edilməlidir. Xəstə tərəfindən mobil tətbiqin aktivliyini təmin etmək, təyin olunan vaxt müddətində elektron məruzələr göndərmək və bundan irəli gələn məsələlərin icrası mütləqdir. Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməli və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir. Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə və ya sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. Qeyd olunub ki, sənəd iki halda – şəxsin laborator testin nəticəsi “neqativ” olduqda və həkim qərarı ilə şəxsin müalicə üçün xüsusi rejimli xəstəxanaya keçirildiyi vaxtdan etibarən qüvvədən düşür.

COVID-19 təsdiqlənmiş şəxslərin evdə müalicəsinə dair metodiki göstərişdə isə göstərilir ki, xəstənin ev daxilində hərəkəti mümkün qədər məhdudlaşdırılmalıdır. Xəstənin evi tərk etməsinə xüsusi qurğular və proqram təminatı vasitəsilə nəzarət edilir. Xəstələrə və onların yaxınlarına tənəffüs gigiyenası mövzusunda xüsusi təyin edilmiş tibb işçiləri tərəfindən təlim keçirilməlidir. Bununla əlaqəli müvafiq broşur təqdim edilir. 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti “COVID-19 xəstənin evdə monitorinq forması”na əsasən öyrənilərək qiymətləndirilir.

Monitorinq nəticələri elektron ambulator karta əlavə edilir. Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün monitorinqi evdə aparılan şəxslər, mümkünsə, digərlərindən ayrı otaqda, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 1 metr məsafəni saxlamaqla və tibbi maska taxmaqla qalır. Maska nəm olduqda yenisi ilə əvəz olunmalıdır. Xəstə insana qulluq üçün ailə üzvlərindən biri seçilməli, xəstə insana qulluq edən şəxs fərdi qoruyucu vasitələrdən istifadə etməlidir. Şərait olduğu təqdirdə, xəstə ayrı tualet və hamam otağından istifadə edir. Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqlar tez-tez havalandırılmalıdır. Hamam otağını və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır . Xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi ev əşyalarından ortaq istifadə etməməlidir. Bu əşyalar sabun və su ilə yuyulmalıdır. Xəstənin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 60-90°C-də yuyucu toz ilə yuyulmalıdır.

Evdə nəzarət ediləcək xəstəyə müşahidə müddətində özünütəcrid qaydaları və bu qaydaların pozulmasının hüquqi məsuliyyəti izah edildikdən sonra müvafiq razılıq forması imzalanmalıdırır. Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin