09 İyul 2020 04:55

Sərt karantin rejimi elan olunan şəhərlərimizdə SON DURUM

İyunun 21-dən iyulun 5-nə qədər Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Lənkəran, Cəlilabad şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunub.

Hazırda 2 həftəlik karantin tətbiq edilən bölgələrdə vəziyyət necədir?

Turkustan.info bildirir ki, Modern.az sərt karantin tətbiq olunan bir neçə rayonun deputatı ilə ümumi vəziyyəti şərh edib:

75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə bildirib ki, sərt karantin rejimində ümumi vəziyyət diqqətdə saxlanılır:

 

“Karantin rejimi elan olunandan mütəmadi olaraq seçiciləri, onların problemlərini diqqətdə saxlayıram. Sərt karantin rejimi elan olunmamışdan öncə özüm də rayona baş çəkib ağsaqqallarla görüşüb problemləri dinlədim. Köməkçim isə gündəlik seçicilərimlə görüşlər keçirir. Bu gün də görüşlər var. Karantinlə bağlı onu deyə bilərəm ki, Lənkəran, Masallı, Astara Cəlilabad bölgəsi problemli bölgədir. İlk vaxtlardan yoluxanlar çoxaldı. Həmin vaxtlarda dövlətin yaratdığı şəraitdən istifadə olunmadı, qaydalara əməl edilmədi. Sonrakı dönəmlərdə bu problem artdı. Bu gün insanlar tibbi maskalardan istifadə edirlər. Karantinin ilk vaxtları toy və yas mərasimlərinin qadağan olunmasına baxmayaraq, bəzi insanlar qadağaları pozurdu. Qadınlar nişan mərasimləri təşkil edirdilər. İndi bu cür hallar yığışdırılıb. Hazırda yoluxanların sayı azalır. Ümid edirəm ki, tezliklə bu virusdan xilas olacağıq”.

70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədovun sözlərinə görə, virusla mübarizədə məsuliyyətli olmaq əsas şərtlərdən biridir:

“Koronavirusla bağlı vəziyyət heç yerdə ürəkaçan deyil. Mütəmadi olaraq rayon rəhbərliyi ilə telefon əlaqəsi yaradıb vəziyyəti öyrənirəm. Nə kimi köməklik lazımdırsa, edirəm. Hesab edirəm ki, bu virusla mübarizədə daha çox məsuliyyətli olmalıyıq. Çünki COVİD-19-a qarşı hər hansı vaksin hələ ki tapılmayıb. Vaksin tapılmadığı müddətcə qoyulan qaydalara riayət etmək məcburiyyətindəyik. Bir məqamı unutmayaq. Əgər bir şəxs özünü müdafiə etmirsə, bu o deməkdir ki, ətrafdakıları da düşünmür. Reallıq isə başqadır. Bu gün dünəndən daha çətindir. Bu məsuliyyəti hiss etməsək, kimsə bizə kömək edə bilməyəcək. Bəzi insanlarımız qaydalara riayət etmir. Bəziləri virusa yoluxsa da, bunu gizlətməyə çalışır. Bu doğru deyil. Virusa yoluxmaq heç bir vətəndaşın günahı deyil. Burada xəcalət çəkiləsi durum yoxdur. Hər birimiz bu virusa yoluxa bilərik. Hesab edirəm ki, yalnız məsuliyyətimizi dərk etməklə bu xəstəliyə qalib gəlmək olar. Digər bir məsələ səhiyyə sistemi ilə bağlıdır. TƏBİB-ə müraciət edən xəstəni Səhiyyə Nazirliyinə yönləndirirlər. Bu da rayonlarda daha geniş vüsət alıb və əlavə problemlər yaradıb. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələlər qaydasına düşəcək”.

48 saylı Yevlax seçki dairəsinin deputatı İlham Məmmədov də virusun təhlükəli olduğunu nəzərə çatdırıb:

 

Karantin elan olunan gündən həm deputat, həm də bir insan kimi rayon rəhbərliyi ilə əlaqə saxlayıb vəziyyəti öyrənirəm. Həmçinin rayon ağsaqqalları ilə də vəziyyətdən çıxış yolu barədə məsləhətləşmələr aparırıq. Çünki insanlarımız bu xəstəliyə dırnaqarası yanaşmamalıdır. Əgər Yevlax rayonu da karantin bölgəsi elan olunubsa, deməli, vəziyyət çox ciddidir. Yevlaxda xüsusi adət-ənənəsi olan qrupların vasitəsilə ilk vaxtlarda virusun yayılmasi sürətləndi. Ancaq bu virus nəinki ölkəmizdə, eləcə də, dünyada pik həddə çatıb. Bu xəstəlik bəşər övladını birbaşa ölümə sürükləyir. Məsələnin ciddiliyini nəzərə alaraq rayon rəhbərliyi və seçicilərlə tez-tez əlaqə saxlayıram. Rayonda ciddi karantin rejiminin tətbiqi üçün müvafiq qurumlar artıq öz işlərini yerinə yetirirlər. İnsanların lüzumsuz yerə evdən çölə çıxmasının qarşısını almaq üçün polis mühafizəsi güclənib. Eyni zamanda, Yevlax kənd təsərrüfatı rayonudur. Hazırda əkin-biçinin gur vaxtıdır. Bunu tənzimləmək üçün həm karantin rejimi tətbiq olunur, həm də əkin-biçin davam etməlidir. Ona görə də əkin-biçinlə məşğul olan fermerlərə rayon Qərargahı tərəfindən xüsusi təlimat hazırlanıb. Bütün fermerlər dizenfeksiyaedici maddələr və tibbi maskalarla təmin olunublar. Bu formada işlər davam etdirilir”

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin