11 İyul 2020 16:04

Koronavirusa görə KT-dan hansı hallarda keçmək LAZIMDIR?

Covid-19 pandemiyası ilə əlaqədar ağciyərlərini kompüter tomoqrafiyası (KT) etdirən insanların sayı çoxalıb.

Turkustan.info xəbər verir ki, koronavirus ən çox ağciyərlərə zərər vurur və bu da kompüter tomoqrafiyasında aydın görünür.

Ancaq məsələ burasındadır ki, özündə koronavirusun simptomlarını hiss etməyən insanlar belə bu müayinədən keçmək istəyirlər.

Bu barədə həkim-radioloq Səyyarə Hüseynova Azərtac-a bildirib.

“Bəs, kimlər KT üçün müraciət etməlidir?” sualına S.Hüseynova belə cavab verib: 

“Heç bir simptomu olmayan şəxslər də kompüter tomoqrafiyasından keçmək istəyir. Məsləhət görərdim ki, əslində, heç bir şikayəti olmayan insanlar tələsməsinlər. Buna ehtiyac yoxdur. Bu, ancaq kəskin şikayətləri, temperaturu 38 dərəcədən yüksək olan, özündə nəfəs darlığı, öskürək hiss edən şəxslərə məsləhət görülür”.    

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin