09 İyul 2020 05:19

Tərtərdə içməli su maşını ilə dezinfeksiya ediblər

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayonlarda da koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə sanitar-dezinfeksiya işləri həyata keçirilir. Tərtər rayonunda aparılan dezinfeksiya işləri isə özü təhlükə mənbəyinə çevrilib.

Turkustan.info xəbər verir ki, Tərtər şəhərində küçələrin, mərkəzi yerlərin, inzibati binalar ətrafında aparılan dezinfeksiya işləri zamanı sanitar qaydalar poluzub. Belə ki, sözügedən ərazilərin yuyulması zamanı içməli su maşınlarından istifadə edilib. Zəhərli dezinfeksiya məhlulları içməli su maşınlarına tökülüb və bu maşınlarla küçələr yuyulub.

Qeyd edək ki, Tərtərin bir sıra yerlərində əhaliyə içməli su bu maşınlarla verilir.

P.S. Sosial şəbəkələrdə yayılmış bu görüntülərlə bağlı Tərtər rayonunun əlaqədar qurumlarının izahı maraqlı olardı. 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin