16 İyul 2020 08:10

İstanbulda mərkəzi prospektə “Azərbaycan” adı verildi

Dünyanın ən böyük meqapolislərindən olan İstanbulun mərkəzi bölgələrindən biri olan Sarıyer rayonunun qədim ərazisindəki “Cendere” prospektinin adı ölkəmizin bu şəhərdəki Baş Konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adlandırılıb. Bu, “İki dövlət, bir millət!” şüarı altında birləşən Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağlarının daha bir bariz nümunəsidir.

Turkustan.info xəbər verir ki, bu barədə AZƏRTAC-a Baş Konsulluqdan məlumat verilib.

Bildirilib ki, prospektin adının dəyişdirilməsi Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə baş tutub. Qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin bu il iyulun 13-də keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin