10 İyul 2020 08:18

TƏBİB-in yaradılması ölkədə aparılan islahatların tərkib hissəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə  TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ) yaranmasından elə də çox vaxt keçməyib.  Həm də TƏBİB-in yaranması dünyanı cənginə alan koronovirus pandemiyası ilə üst-üstə düşdü. Təhlillər və görülən işlər onu göstərir ki, yaradılan yeni qurum təhlükənin ölkədə daha çox faciələrə yol açmaması üün ciddi işlər görür, əhalinin sağlamlığı naminə dövlət başçısı və operativ qərərgah tərəfindən qarşıya qoyulan məsələlərin həllində kifayət qədər aktivlik göstərir. Hətta TƏBİB-in qısa müddət ərzində gördüyü işlər Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Prezident  Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək-biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik.

Ölkə başçısının dediyi bu fikirlər bir daha onu göstərir ki, qrum ölkənin səhiyyə sistemində hələ çox yadda qalan işlər görəcək.

Təbii ki, Ramin Bayramlının rəhbərlik etdiyi yeni qurumun işinə kölgə salmağa çalışanlar da az deyil və elə bil ki, bu yenilik kimlərinsə yuxusunu ərşə çəkir. Əslində ölkə başçısının fərmanı ilə yaradılan TƏBİB həm də ölkənin səhiyyə sisteminin daha da təkmilləşdirilməsi üçün prespektivli bir islahat, gənclər siyasətinin tərkib hissəsidir.

Bu gün kainatımız yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası ilə qarşı-qarşıyadır. İnsanların sağlamlığını təhdid altına alan virus üzündən dünya ölkələri bir-birlərinə qapılarını bağlamaq, kütləvi tədbirləri təxirə salmaq, iqtisadi əlaqələri məhdudlaşdırmaq məcburiyyətində qalıb. Təəssüflər olsun ki, tibbin, texnologiyaların inkişaf etdiyi bir dövrdə bir sıra Avropa ölkələrində infeksiyanın yayılması nəzarətdən tamamilə çıxıb.

 Dünyada qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması, vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Səhiyyə Nazirliyinin birlikdə cəmiyyətimizin sağlamlığının təhlükəsizliyi üçün həyata keçirdikləri tədbirlər aktuallığını qoruyur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizlə sıx əməkdaşlıq edir, tövsiyələrini, maarifləndirmə işlərini əsirgəmir.

Amma son günlər bəzi saytlar və sosial şəbəkələr üzərindən Ramin Bayramlıya və onun komandasına açıq hücumlar təşkil edilir. Bu isə sadəcə görülən işlərə kölgə salmaqdan başqa bir şey deyil. Şəffaf səhiyyə qurmağa nədən mane olunur, yeniliklər, dəyişiliklər bəzilərini niyə narahat  edir? Bax bunlar başa düşülən deyil.

Ramin Bayramlı gəncdir, işinin öhdəsindən də lazımınca gəlir. Hesab edirəm ona qarşı yönəlmək, əsassız fikirlər yaymaq əslində yeni səhiyyə sisteminə qarşı çıxmaq, Azərbaycan səhiyyəsini bataqlığa çəkməkdir. Bir jurnalist olaraq cəmiyyətin sağlamlığı naminə mən bunu qətiyyətlə deyirəm. Hesab edirəm hər birimiz TƏBİB-in sədri Ramin Bayramlının yanında olmalıyıq, görüln işlərə obyektiv və qərəzsiz baxmağı bacarmalıyıq. Unutmaq olmaz ki, biz islahatlardan, yeniliklərdən, şəffaflıqdan nə qədər qaçmağa çalışsaq da, şəxsi mənafeni ümumi mənafedən üstün tutmağa yönəlsək də  geriyə yol yoxdur. Çünki aparılan islahatların önündə ölkə başçısı gedir və atılan addımlar məhz onun iradəsi ilə atılır.

Qalib Rəhimli

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin