16 İyul 2020 06:43

Sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik? – Açıqlama

Koronavirus pandemiyası yayılan ilk vaxtlardan etibarən Azərbaycan dövləti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə yoluxma halı minimum həddə idi. Lakin təəssüflər olsun ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətinin artmasına səbəb oldu.

Turkustan.info xəbər verir ki, Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, yoluxmaların sayında artımın müşahidə edilməsi yenidən sərt karantin rejiminin tətbiqini zərurətə çevirdi:

“Eyni vəziyyət təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə edilməkdədir. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejiminin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Göründüyü kimi sərt karantin rejiminin yenidən tətbiqi öz nəticəsini verməkdədir.

Azərbaycanda iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötüb. Lakin 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik halların sayında müəyyən qədər sabitləşmə təmin edilib. Hesab edirəm ki, karantin rejimi sərtləşdirilməsəydi daha çox sayda yoluxmalar baş verə bilərdi, bəlkə də gündəlik yoluxma sayı 1000-i ötərdi, lakin çox sevindiricidir ki, bu vəziyyətlə qarşılaşmadıq”.

A.Həsənova vurğulayıb ki, qarşıdakı günlərdə sərt karantin rejiminin nəticələrini daha aydın şəkildə görəcəyik. O qeyd edib ki, hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhərdə insan sıxlığı və ictimai nəqliyyatdən istifadə aşağı düşüb:

“Eyni zamanda hesab edirəm ki, ciddi karantin nəticəsində əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşmasına və müsbət tendensiyanın müşahidə edilməsinə gətirib çıxaracaq”.

Deputat əlavə edib ki, bütün görülən tədbirlərin müsbət nəticə verməsi üçün vətəndaş məsuliyyəti mühüm əhəmiyyət kəsb edir:

“Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Əvvəllər şayiələr yayılırdı ki, virus yoxdur, bunlar hamısı “siyasi oyundur”. Ancaq indi bu cür şayiələr keçərli deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir. Ona görə də artıq şayiələrə, bəzi çaşdırıcı məlumatlara əhəmiyyət verməməliyik, həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməliyik. Əgər buna tam əməl edə bilsək, tez bir zamanda vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin