07 Avqust 2020 02:15

Dünyanın ən varlı adamı sərvət rekordunu yenilədi

Dünyanın ən varlı adamı – “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti tarixi rekorda – 171,6 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.

Turkustan.info Report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz hesablaması olan “Bloomberg Billionaires Index” (BBI) reytinqinə istinadən məlumat verib.

Beləliklə, 2018-ci il sentyabrın 4-də edilmiş əvvəlki rekord (167,7 milyard ABŞ dolları) yenilənib.

Agentlik qeyd edir ki, yeni rekord “Amazon”un səhmlərinin qiymətindəki artım sayəsində mümkün olub: çərşənbə gününün nəticələrinə əsasən, səhmlərin dəyəri 4.4% artaraq rekord həddə – 2 878,7 ABŞ dollarına çatıb.

İlin birinci yarısında Bezosun sərvəti 56,7 milyard ABŞ dolları artıb. “Bloomberg” yazır ki, cari vəziyyət “Böyük depressiya” dövründən bəri baş verən ən pis iqtisadi böhran dövründə ABŞ-da insanların rifah halındakı artan fərqi açıq şəkildə göstərir.

May ayında kiçik biznes üçün konsaltinq şirkəti olan “Comparisun” Bezosun artıq 2026-cı ildə sərvəti trilyon dolları aşacaq ilk şəxs olmaq üçün hər cür şansa malik olduğunu açıqlamışdı. “Forbes” jurnalının aprelin əvvəlində nəşr olunan sayında Bezosun artıq üçüncü ildir dünyanın ən varlı adamı olduğu göstərilib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin