08 Avqust 2020 07:29

Avropa ölkəsinin qocalar evlərində virusdan kütləvi ölüm

Böyük Britanityada qocalar evlərində böyük faciə yaşanır. İndiyə qədər 20 minə qədər yaşlı insan infeksiyanın yaratdığı ağırlaşmaya görə həyatını itirib.

Turkustan.info xəbər verir ki, martın 2-dən iyunun 12-nə qədər qocalar evlərinin sakinlərinin təxminən 20 faizi koronavirusa yoluxub. Ağırlaşma həmin xəstələrin 84 faizinin həyatına son qoyub. Söhbət təxminən 20 min təqaüdçüdən gedir. Bu barədə “The Daily Mirror” yazıb.

Böyük Britaniya hökuməti karantin rejimini gec tətbiq etməklə fərqlənmişdi. İndi baş nazir Boris Conson gecikmə ilə bağlı suallardan yayınmağa çalışır. Yazılanlara görə, qocalar evindən xəstəxanaya yönləndirilən bəzi yaşlılar geri qaytarılıb. Conson cavab verib ki, belə şey olubsa da, həmin şəxslərin öz təşəbbüsü ilə baş tutub.

“The Daily Mirror” iddia edir ki, yaşlı insanların geri qaytarılması xəstəxana çarpayılarını məşğul etməmək məqsədi daşıyıb.

Böyük Britaniya yoluxma statistikasına görə dünyada səkkizinci yeri tutur. İndiyə qədər krallıqda 283 mindən çox insanda infeksiya aşkarlanıb. Təxminən 44 min britaniyalı virusdan həyatını itirib.   /Bizimyol.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri