08 Avqust 2020 06:50

“İndi elə danışırlar, sanki Seymurla mən Vüqar Səfərlinin dostu olmuşuq, onlar düşməni” – Elşad Eyvazlı (MÜSAHİBƏ)

Modern.az saytının baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Yeni Sabah”a müsahibəsi:

– Elşad bəy, Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyinin dövlət səviyyədə qeyd olunmasıyla bağlı sərəncamını necə qiymətləndirirsiniz? 

– Dünyanın başının koronavirusla mübarizəyə qarışdığı bir vaxtda ölkə başçısı tərəfindən Milli Mətbuatın 145 illiyi ilə bağlı sərəncamın verilməsi bütün jurnalistlər tərəfindən yüksək qiymətləndirilir. Çünki bu, jurnalistlərin diqqətdə qalması baxımından önəmlidir. Burada bir neçə məqama diqqət çəkmək istəyirəm.

Jurnalist təşkilatlarına, redaksiyalara üstünlük verilməsi, onların təşəbbüslərinin dəstəklənmə məsələsi sərəncamda açıq şəkildə görünür. Mütərəqqi fikirlər, ideyalar mətbuatımızın inkişafı üçündür, bunu da hər halda rəhbərliyə çatdıracaq məsul şəxslər var. Mən bir neçə gün öncə KİV DF-nin rəhbəri ilə görüşdüm. İlk görüşdə bu təəssürat yarandı ki, o, Azərbaycan mətbuatının inkişafında çox maraqlıdır və hər bir jurnalistin təklifini dəyərləndirməyə hazırdır.

Bu sərəncam həm də onu göstərir ki, Azərbaycan dövləti ölkədə söz azadlığının inkişafında çox maraqlıdır. Sərəncamdan irəli gələn məsələlərdə hiss olunur ki, Azərbaycan mətbuatının dünya səviyyəsinə çıxması üçün Prezident gərəkən bütün addımları atmağa hazırdır. Bizim üzərimizə düşən vəzifə isə ondan ibarətdir ki, Prezidentin bu yanaşmasına fəaliyyətimizlə adekvat cavab verək.

İstənilən aspektdən sərəncamı yüksək qiymətləndirirəm. Çünki bu sənədin mətbuat tariximizə sayğı məsələsində də müsbət rolu var. Bu həm də bir tarixdir, bu günədək pandemiya şəraitində Azərbaycan Milli Mətbuat günü qeyd olunmayıb.

– Vüqar Səfərlinin işdən çıxarılması islahat dalğasının mətbuata çatdığı qənaətini formalaşdırıb. Mətbuatda islahatların başladığını söyləmək olarmı? 

– Bu məsələyə yanaşmam bir qədər fərqlidir. Fikrimcə, öncə insanların, xüsusilə, jurnalistlərin kafası dəyişməlidir. Cəmiyyətin bütün sahələrində islahatlar aparılır. Media cəmiyyətin bir hissəsidir. Əgər bütövlükdə cəmiyyətdə islahat gedirsə, mətbuatda da bunun baş verməsi labüddür, buna təbii baxmaq lazımdır.

Amma mətbuatda islahatların başlaması yalnız Vüqar Səfərlinin işdən çıxarılması ilə mümkün olmayacaq. Ümumiyyətlə, məhz Vüqar Səfərlinin işdən çıxarılması islahat dalğasının mətbuata çatdığını deməyə əsas vermir. Onun çıxıb-çıxmamasının nə fərqi var ki…

Bunun üçün daha böyük işlər görmək lazımdır. Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycan jurnalistlərinin dünyaya çıxışı, dünya mətbuatında Azərbaycan həqiqətlərini ortaya qoyması üçün jurnalistlərimiz yetişməlidir.

Parlament Jurnalistləri Birliyi Milli Mətbuatımızın 145 illiyi ilə bağlı “145 Zərdabi könüllüləri -145” adlı bölgədə ən böyük media layihəsinə start verib. Burada biz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin I, II, III kursda olan 145 tələbəsi ilə ciddi təmasa keçib onların ixtisaslaşması ilə bağlı dəstək verəcəyik. Mən həm beynəlxalq jurnalist təşkilatı olan “GLOBAL JOURNALİSM COUNCİL”un dünya mediasi ilə əlaqələndiricisiyəm. Layihədə iştirak edən gənclərimiz üçün böyük meydan açacağıq. Əsas hədəfimiz ondan ibarətdir ki, jurnalistlərimizin dünya səviyyəsində formalaşmaları üçün müəyyən addımlar atılsın.

Bilirsiniz nə yadıma düşdü, illər öncə KİV DF Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması layihələrini maliyyələşdiriridi. Təsəvvür edirsinizmi, Biləcəridən o tərəfdə oxunmayan qəzetlər bu layihəni həyata keçirirdi. Əmin olmaq istəyirəm ki, bundan sonra bu məsələlər tam fərqli şəkildə həll olunacaq.

– Lakin bildiyiniz kimi, Əli Həsənovun və Vüqar Səfərlinin işdən çıxarılmasından sonra media mühiti üçün xarakterik olan problemlər daha yüksək səslə dilə gətirildi. Sizcə, bu problemlər barədə vaxtında danışmaq, həyəcan təbili çalmaq olmazdımı? 

– Belə məsələləri vaxtında dilə gətirən jurnalistlər var idi. Onlardan biri Seymur Verdizadə, biri də elə mən idim. Hətta qeyd edim ki, Vüqar Səfərli Seymur Verdizadə ilə məni görəndə imkanı olsa, ən azı olduğu tədbirlərdən uzaqlaşdırardı. Biz zamanında sözümüzü demişik. Amma deməyənlər daha çox olub. İndi isə onlar elə danışır ki, sanki Seymurla mən Vüqar Səfərlinin dostu, bunlar düşməni olublar. İndiki jurnalistlərin 90 faizi mühitin yetişdirdiyi jurnalistlərdir. Mühit dəyişir. Bəlkə də jurnalistlər artıq daha çox danışa biləcəklər.

Lakin məsələ burasındadır ki, əsl jurnalist mühitdən deyil, obyektivlikdən çıxış etməlidir. Suallarınız elədir ki, adamın yaşadığı problemlər yada düşür. Susa bilmirsən. Ötən ilin oktyabr-noyabr aylarında Bakıda 60-a yaxın xarici jurnalistin iştirakı ilə beynəlxalq konfransı keçirilməli idi. Bayaq qeyd etdiyim beynəlxalq jurnalist təşkilatının xarici məsələlərinə mən rəhbərlik etdiyimdən bu iş də mənim rəhbərliyim ilə gerçəkləşməli idi. Üç ay davamlı olaraq hər həftə administrasiyaya məktub yazdım. Mənə cavab gəlmədi, şöbədən onlara bu haqda məktub daxil olmadığını deyirdilər. Belə bir mühit idi.

Çox inanmaq istəyərdim ki, həmin mühit tamamilə ləğv olunacaq. Axı jurnalistlər üçün şəraitin yaradılması dövlət üçün də vacibdir. Bir məmurun yanlış hərəkətini hansısa bir şəkildə onunla əlaqəli dövlət qurumu görməyə bilər. Amma jurnalistin bunu görüb işıqlandırması ümumi işlərin xeyrinədir. Kaş mühit elə dəyişsin ki, kimsə nəyisə yazmağa çəkinməsin. Jurnalist həqiqi jurnalist olaraq fəaliyyət göstərsin. Başdan bildirim ki, bunun üçün bizə kifayət qədər zaman lazım olacaq.

– Son vaxtlar mətbuatda keçmiş və indiki məmurların sahib olduqları var-dövlətin siyahısı yayılır. Necə düşünürsüz, kadr dəyişiklikləri KİV-lərin azadlığını artırıb? 

– Məmurların sahib olduqları var-dövlətin siyahısı müxtəlif media qurumları tərəfindən hər zaman açıqlanıb. Bunun nə qədər doğru olub-olmaması isə məsələnin başqa tərəfidir. Jurnalistin əsas işi dürüstlük, etibarlılıq olmalıdır. Bəzən saytlar, qəzetlər hansısa məmurun var-dövlətini açıqlayır. Sabah görürsən ki, xəbər təkzib olunur. O mülklərin sahibinin başqa adam olduğu üzə çıxır.

Mən bununla siyahı verənlərin fəaliyyətini kölgə altına atmaq istəmirəm. Amma təbii ki, mühitin verdiyi şəraitdən kimin nə üçün istifadə etdiyi məlum deyildi. Amma başqa bir məqamı da qeyd edim ki, dünyada jurnalistlərlə bağlı xoşagəlməz bir tendensiya var. Dünyanın ən demokratik ölkəsi hesab edilən Amerikada belə jurnalistlər təzyiqlərə məruz qalır. Mən beynəlxalq təşkilatda təmsil olunduğum üçün hər bir ölkənin media müstəvisindən müəyyən qədər məlumatlıyam.

Hətta bu gün hər birimizin həsrətlə baxdığımız Almaniya mediasının durumunu diqqətinizə çatdırmaq istəyirəm. Almaniya mətbuatında Almaniya dövlətinin marağından kənarda bir yazı dərc oluna bilməz. Baxın, Almaniya bir tərəfdə Ermənistanın başını sığallayır, digər tərəfdə isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq bu ölkənin ciddi mediasında Ermənistan işğalçıdır, Azərbaycan ərazilərini işğal edib kimi fikirlərə yer verilmir. Yəqin ki, nə demək istədiyimi anladınız. Tək arzum odur ki, Azərbaycan jurnalistləri mirzəçilik etməsinlər.

– Elşad bəy, yüksək rütbəli məmurların ard-arda həbsini necə qiymətləndirirsiniz? Sizcə, bu yolla ölkədə rüşvət və korrupsiyanın kökünü kəsmək mümkün olacaqmı? 

– Məmur düşünməlidir ki, o vəzifəni ona insanların dərisini soymaq, fürsətdən istifadə edib varidat əldə etmək üçün verməyiblər. O, çox çətin missiyanın daşıyıcısı olduğunu bilməli və xalqına xidmət etməlidir. Yüksək rütbəlilərin son zamanlardakı həbsi onu göstərdi ki, onlar fantastik pul qazanıblar, varidat əldə ediblər. Təəssüfedici haldır.

Amma həbslərdən sonra məlumatlar gəldi ki, bir neçə rayonun icra başçısı qorxusundan hətta Bakıya gəlib özünü əməliyyat etdirib. Özünü əməliyyat etdirmək, harasa qaçıb gizlənmək məsələnin həlli deyil. Məsələnin həlli dövlətə xidmət etməkdən, Azərbaycanı sevməkdən keçir. Amma kimin mayası nəylə qoyulubsa, nəzarət mexanizmi zəiflədikdə o, özünü göstərir. Ona görə də burada ən keçərli yanaşma vicdanlı insanların böyük postlara rəhbər təyin olunmasıdır.

Əgər şəxs rüşvətxordursa, nə edirsən, et, o, fürsət bulduqca öz şakərini davam etdirəcək. Hesab edirəm ki, bu məqamda kadr məsələsi ciddi faktordur.

– Bir neçə gün əvvəl sosial şəbəkələrdə Milli Şuranın onlayn konfranslarından birinin videosu yayıldı. Diqqətçəkən məqamlardan biri də Qənimət Zahidin “bizim işimiz hökuməti şərləməkdir” ifadəsi oldu. Bir jurnalistin bu yanaşmasını necə qiymətləndirirsiniz?

– Jurnalistin işi şərləməkdirsə, bundan ancaq təəssüflənmək olar. Təəssüflər olsun ki, Azərbaycan mətbuatında mühit elə idi ki, “reket” jurnalistika ciddi jurnalistikanı üstələyirdi. Nüfuz, yaşayış, ayrı-ayrı dairələrə çıxış baxımından “reket” jurnalistikanın nümayəndələri üst səviyyəyə qalxmışdılar. Amma jurnalist şərləməklə məşğul olmalı deyil. Konkret o məsələ ilə bağlı Cinayət Məcəlləsi var, bu cür hallarda cavab qanunla verilməlidir. Qeyd etdiyiniz məsələni mən kəskin şəkildə pisləyirəm. Sən hökuməti niyə şantaj etməlisən, şərləməlisən? Hökumət üzvləri də sənin millətinin nümayəndəsidir. Sağlam tənqid et, nöqsanları göstər.

Hansı sahədə çalışmasından asılı olmayaraq hər kəs tərbiyəsinə uyğun addımlar atır. Şərəfi olan adam vəzifəsində asılı olmayaraq şərəfsizlik eləmir. Biz çalışaq ki, mühitin yaratdığı ab-hava aradan qalxsın. Qapı-pəncərəni açaq ki, şər-böhtan yağdıran “jurnalist”lərə, şantajla məşğul olan reketlərə Azərbaycan mediasında yer olmasın. İctimai qınağı o şəkildə qurmalıyıq ki, onlar gedib işləri ilə məşğul olsunlar. Ölkə başçısının 145 illik yubileylə bağlı verdiyi sərəncam bizə onu deməyə əsas yaradır ki, çox ciddi dönüş olacaq. 4-5 il bundan əvvəl Azərbaycan mətbuatında ‘reket” jurnalistika ilə bağlı məsələ müzakirə olundu. Medianın 70-80 faizi , bəlkə də daha çox hissəsi orada iştirak edirdi. Söz aldım, tribunaya çıxdım və baxdım ki, biz bu tədbirdə reket jurnalistikaya qarşı mübarizə apardığımız halda, iştirak edənlərin elə 40-50 faizi reketliklə məşğuldur. Qəribəsi ondadır ki, bu gün də belədir.

Baxırsan ki, reket jurnalist çıxıb deyir ki, reket jurnalistikası olmasın. Mən o tribunada dedim ki, bu gün Azərbaycan mətbuatında qara ləkə olan, jurnalistikaya zərbə olan adamları hədəfə çevirmək istədiyimiz halda, toplatıda elə 50 faiz reket jurnalistdir. Reaksiya verən olmadı. Tribunadan düşüb birbaşa qapıdan çıxdım. Toplantını tərk edəndə həmin şəxslərin istehzalı təbəssümlərini gördüm. Düşünürəm ki, hər kəsi öz adı ilə çağırmaq lazımdır və məsələlər bu şəkildə olmalı deyil. Bundan sonra vəziyyət düzələ bilər.

Sayad HƏSƏNLİ

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri