04 Avqust 2020 00:46

Güneydə Babək qalasına yürüşün qarşısı alındı

İran Azərbaycanında Babək qalası yürüşlərinin ildönümü ərəfəsində Bəz qalasında güclü təhlükəsizlik tədbirləri görülüb.

Hər il iyul ayında Azərbaycanın tarixi qəhrəmanı Babək Xürrəminin doğum günü münasibətilə azərbaycanlılar Şərqi Azərbaycan vilayətinin Kəleybər rayonunda yerləşən Babək qalasında toplaşaraq tədbir keçirirlər. Ancaq bu il təhlükəsizlik qüvvələri və polis həmin qalada ağır təhlükəsizlik tədbirləri görərək, tarixi qəhrəmanın doğum gününü keçirmək tədbirlərinə əngəl törətməyə cəhd edib.

İran hökuməti qalanın ən yüksək yerində təbiətlə bağlı foto sərgi təşkil edib. Bundan əlavə İslam İnqilabı Qvardiyası, “Bəsic” qüvvələri və polis qala və onun ətrafında düşərgə qurub, təhlükəsizlik tədbirləri tətbiq etməklə əhalinin və qalaya çıxanlar insanlara narahatlıq törədiblər.

Şahidlərin verdiyi məlumata görə, hökumətin agentləri qalanın zirvəsində video və şəkil çəkməyə icazə verməyib, şəkil çəkənləri ya saxlayıb ya da telefonlarını alaraq, fotoları silməyə məcbur ediblər.

İran Azərbaycanında milli fəallar, vətəndaşlar və İranın başqa bölgələrində yaşayan türklər illərdir Babək Xürrəminin anadan olması münasibətilə iyul ayında Babək qalası və ətrafındakı bölgələrdə yığışıb, Azərbaycan türkcəsində şeir oxuyurlar, Azərbaycan musiqisi səsləndirib, rəqslərlə çıxış edir, azərbaycanlıların hüquqları haqqında çıxışlar edirlər.

İran hökuməti isə hər il bu ərəfədə milli fəalları həbs edərək, onlara zəng edib hədə-qorxu gələrək və bəzi hallarda təhlükəsizlik idarəsinə çağırıb, onlara Babək Qalasına getməmələri üçün təhdid edərək qalada etirazların qarşısını almağa çalışır.

Amnesty International 2018-ci ilində İran Azərbaycanında Babək Qalası yürüşləri zamanı baş verən kütləvi həbslərlə bağlı türk, fars və ingilis dillərində ətraflı hesabat yayıb.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin