12 Avqust 2020 13:55

18 ilə bərabər 2 il və son 5 ay…

Azərbaycan diasporu təşkilatlanma, özünü tanıtma və varlığımızı beynəlxalq miqyasda təsdiq etmək kimi gərgin, həm də qürurverici bir mərhələdən keçir.
Artıq 18 ildir ki, diasporumuzu təşkilatlandıran, ona dəstək göstərən bir dövlət qurumu var və bu gün geriyə nəzər salıb, qətiyyətlə deyə bilərik ki, bizim xaricdə möhkəm, sağlam dayaqlarımız təşəkkül tapıb. Təbii ki, Azərbaycan dövlətinin, onun güclü, iradəli və vətənpərvər rəhbərliyinin sayəsində.
Diasporla İş üzrə Dövlət Komitəsi də güclənən Azərbaycan dövlətçiliyinin bir budağı, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizi birləşdirən, varlığımıza birlik gətirən bir həmrəylik mərkəzidir.
18 ildə diaspor sahəsində Azərbaycan dövlətinin siyasətini həyata keçirən qurum diasporumuzun formalaşmasından tutmuş təşkilatlanmasınadək mühüm işlər görüb, ölkədən kənarda səsimizə səs verən həmvətənlər birliyinin yaradılmasına çalışıb.

Son illərdə isə diaspor səsimiz güclənib, birliyimiz möhkəmlənib, həmvətənlərimizin həmrəylik istəkləri gerçək inam və adi səmimiyyət müstəvisinə keçib, şəraitdən asılı olmayaraq dayanıqlı, davamlı fəaliyyət istiqaməti müəyyənləşib, bizi birləşdirən dəyərlərə münasibət birmənalı forma çərçivəsində təkmilləşib.
Yeni yaradılan koordinasiya şuraları, Azərbaycan evləri kimi mərkəzləşdirilmiş təsisatlar sadalanan yeniliklərin əməli nümunəsi, konkret hədəflərə istiqamətlənmiş yeni münasbətlərin təməlidir.
Məhz yeni münasibətlər, təşkilatlanmada optimal forma dəyişiklikləri 18 ilə bərabər 2 il və son 5 ayı xüsusi vurğulamağa dəlalət edir. Yaxud belə də demək olar ki, 5 aydan əvvəlki 2 ilin gücləndirilmiş idarəçilik mexanizmi olmasaydı, bəlkə də 5 ayı vurğulamaq üçün söz və ya fakt tapa bilməzdik…
Beləliklə, 18 ilə bərabər son 2 ili və pandemiya dövrünün xronİkası, faktlar və rəqəmlər:

Azərbaycan Evləri (9 ölkədə 11 ev)

Azərbaycanlıların Koordinasiya Şurası (dünyanın 25 ölkədəki 121 diaspor təşkilatını birləşdirən 11 şura)

“Qarabağ” məktəbləri (4 ölkədə)

Diaspor gənclərinin Yay Düşərgəsi (2018, 2019)

“Azərbaycan Diaspor Gəncləri” şəbəkəsi

Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış layihələr: “Beyin qazanma proqramı”, “Liderliyin inkişafı proqramı”, “Müxtəlif olsaq da birlikdə güclüyük”, “Azərbaycan diaspor qadınları şəbəkəsi” və s.

“Azərbaycan Diaspor Könüllüləri” Proqramı

“Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi”

Digər dost xalqların diasporları ilə münasibətlər qurulub

Ankarada “Türkiyə-Azərbaycan” jurnalı nəşrə başlayıb

Soydaşlarımız və diaspor təşkilatları ilə operativ əlaqənin qurulması üçün İnfoqrafik “Diaspor xəritəsi” platforması – http://www.diasporamap.com/

Xaricdəki azərbaycanlıların bioqrafiyalarının toplandığı ətraflı axtarış sistemi – www.azerbaycan.li

“Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az

Xaricdə yaşayan azərbaycanlı alimlərin şəbəkələşməsi – Fransada “Alim” elmi assosiasiyası təsis olunub

Diaspor TV, Diaspor FM, “Vətən uzaqda deyil” verilişi

COVİD-19 pandemiyası ilə mübarizədə soydaşlarımızla əlaqə üçün 24 saat işləyən operativ işçi qrup və elektron müraciət imkanları formalaşdırılıb

Dövlət Komitəsinə, Azərbaycan diaspor təşkilatlarının, Koordinasiya Şuralarının, diaspor üzvlərinin ünvanlarına ümumilikdə 5973 müraciət daxil olub.

Müraciət edənlərdən 1578 azərbaycanlı Vətənə təxliyyə edilib, 3103 nəfərə maliyyə yardımı göstərilib

Pandemiya dövründə soydaşlarımızla əlaqələrin gücləndirilməsi, problemlərin öyrənilməsi məqsədilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və üzvlərinin iştirakı ilə videokonfranslar keçirilib və s.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri