04 Avqust 2020 03:10

“Fairmont Baku”da jurnalistləri təhqir edən iş adamının oğlu barəsində məhkəmə QƏRAR VERDİ

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb.

Turkustan.info xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti Modern.az-a faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev “Fairmont Baku” hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib. “Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və “Fairmont” da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq”, – deyə o, “İnstagram” hesabında paylaşdığı videoda bildirib.

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Xatırladaq ki, bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin