06 Avqust 2020 02:19

İş adamının jurnalistləri təhqir edən qalmaqallı oğlu saxlanıldı

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən şəxslərdən daha biri saxlanılıb.

Turkustan.info reporta istinadla xəbər verir ki, bu, hoteldən çıxarkən jurnalistləri təhqir edən 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayevdir. O, iş adamı Fətulla Babayevin oğludur.

“Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və “Fairmont” da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq”, – deyə o, “İnstagram” hesabında paylaşdığı videoda bildirmişdi.

Ona hansı cəza veriləcəyi hələ məlum deyil.

Bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin