04 Avqust 2020 03:47

“Jurnalisti aşağılamaq nadanlıq əlamətidir” – Baş redaktor

“Pandemiya dövründə Azərbaycanda işinin öhdəsindən layiqincə gələn peşə sahiblərindən biri də jurnalistlərdir” 

“Təhlükənin böyüklüyünə rəğmən jurnalistlər, yazır, xəbər verir, cəmiyyəti maarifləndirirlər” 

“Təəssüf ki, Azərbaycanda iş adamları övladlarına yaxşı təhsil verə bilmirlər”

“Fairmont Baku” hotelində keçirilən əməliyyatdan sonra İsmayıl Babayev adlı şəxs özünün “İnstagram” səhifəsində jurnalistlərin ünvanına təhqiramiz ifadələr səsləndirib. İ.Babayev media nümayəndələrini insanların istirahətinə maneçilik törətməkdə suçlayıb: “Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və “Fairmont” bağlandı.

Jurnalistlər, xəbər saytları, rahat olun, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq”. Məlum ifadələrdən sonra karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub. O, məhkəmənin qərarı ilə 20 gün müddətinə azadlıqdan məhrum edilib. Məlumat üçün bildirək ki, İsmayıl Babayev iş adamı Fətulla Babayevin oğludur. Məsələ ondadır ki, media orqanları, jurnalistlər öz vəzifələrini icra edirlər. Xüsusən, indiki pademiya zamanı mətbuat işçiləri daha da fədakarlıq göstərir, dövlət qurumlarına dəstək olurlar. Jurnalistlər insanları maarifləndirir, neqativ halları üzə çıxararaq, qanunu pozan şəxslərin cəzalandırılmasına nail olurlar. Əlbəttə, belə olan halda heç kimin jurnalisti hədələməyə haqqı yoxdur. 

Məsələni “Sherg.az”a təhlil edən Jurnalistlərin Araşdırmaları Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib ki, pandemiya dövründə Azərbaycanda işinin öhdəsindən layiqincə gələn peşə sahiblərindən biri də jurnalistlərdir. 

Onun sözlərinə görə, təhlükənin böyüklüyünə rəğmən jurnalistlər, yazır, xəbər verir, cəmiyyəti maarifləndirirlər: 

“Peşə borcunu yerinə yetirən jurnalistlər özlərini “alov”un içinə atmaqdan çəkinmirlər. Təəssüflə qeyd etmək lazımdır ki, bu “alov” artıq sinəmizi dağlayıb, 3 həmkarımız koronavirusun qurbanı olub. 20-dən artıq jurnalist isə koronavirusa yoluxduğu üçün müalicə alır. Onların bir neçəsinin vəziyyəti ağırdır, ölüm-dirim mübarizəsinə girişiblər.

Mən onların tezliklə koronavirusu məğlub edəcəklərinə inanır və bunun üçün hər gün dua edirəm. Bu cür çətin şərtlər altında fəaliyyət göstərən jurnalistləri təhqir etmək, aşağılamaq nadanlıq əlamətidir. Davranışı sübut edir ki, İsmayıl Babayev koronavirus təhlükəsinin miqyasını anlamayıb. Ümid edirəm ki, həbsdə keçirəcəyi 20 gün ərzində bu barədə düşünmək imkanı olacaq. Əgər bəyənmədiyi saytları oxusaydı, həyatını təhlükəyə atıb, hovuza girməzdi”. 

S.Verdizadə bildirib ki, ədəbli olmaq üçün həm də oxumaq lazımdır: 

“Təəssüf ki, Azərbaycanda iş adamları övladlarına yaxşı təhsil verə bilmirlər. Yaxşı təhsil verənlər də yaxşı tərbiyə verə bilmirlər. Buna görə də onların övladları tez-tez qudurğanlıq edir, atalarını, ailələrini çətin vəziyyətdə qoyurlar. Əminəm ki, İsmayılın sözü jurnalist həmkarlarımı məyus etməyib. Biz indiyədək yüz biznesmen oğlunu yola salmışıq. Belə adamların sözünü bu qulağımızdan alıb, o biri qulağımızdan verməliyik. Biz çox vacib bir missiyanın icrasıyla məşğuluq, yazırıq, maarifləndiririk, insanları təhlükədən xəbərdar edirik. Mətbuatla bu ritorika danışan adamların hamısı ən sərt formada ifşa olunmalıdır”. 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin