07 Avqust 2020 01:54

İrana hücum planı: “Ssenarilər İrəvandan idarə edilir” – POLİTOLOQ

“ABŞ İrana qarşı sanksiyaları genişləndirir. Eyni zamanda bu ölkənin Suriyadakı hərbi bazalarına İsrailin hücumları davam edir. Demək olar ki, İran Yaxın Şərq siyasətində ciddi şəkildə sıxışdırılır və Rusiya da bunda maraqlıdır”.

Turkustan.info xəbər verir ki, bu şərhlə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

İrana hücum planı: “Ssenarilər İrəvandan idarə edilir” - POLİTOLOQ

O qeyd edib ki, ABŞ İran və İsrail-İran münasibətləri elə bir səviyyədə gərginlik mərhələsindədir ki, birbaşa müharibə etmək ehtimalı yüksəkdir:

“Oktyabrda Vaşinqton İran silah sisteminə qarşı sanksiyaları növbəti mərhələdə uzadacaq. Bu da yeni böhrana sürüklənəcək. İran prezidenti Həsən Ruhani xalqının bu sanksiyalar ucbatından çətin vəziyyətdə olduğunu qeyd edir. Daxildə iqtisadi və sosial problemlərə baxmayaraq, Tehran öz hərbi ritorikalarından əl çəkmir. İran ətrafında baş verənlər bu ölkənin daxili siyasətinə ciddi təsir edir. Artıq, mühafizəkarlar hakimiyyətdə olan mötədilləri sıxışdırırlar. Bu da yeni seçkilərdə onların qələbəsi ilə yekunlaşa bilər”.

Politoloq bildirib ki, artıq, SEPAH Hind okenında yeni hərbi baza yaradır: “Göründüyü kimi, Yaxın Şərqdə suların yaxın perspektivdə durulması gözlənilmir və yeni hərbi toqquşmaların yaşanması mümkündür.

Qeyd edim ki, ötən günlərdə İranın nüvə obyektində və digər strateji məntəqələrində partlayışların baş verməsi təsadüfi və qəza deyil. Bu partlayışlar birbaşa İranın nüvə mərkəzlərini və digər raket bazalarını əhatə edə bilər. Bu partlayışlar İrana qarşı rəqib ölkə tərəfindən həyata keçirilir və qeyd edildiyi kimi Tehranın nüvə silahına malik olmasının qarşısı istənilən variantla alınacaq ssenarisinin tərkib hissəsidir. İran üçün yeni hücum planlar qarşıdadır. Əgər, bu kimi hücumlar reallaşarsa, Yəməndə Husilər birbaşa Səudiyyə Ərəbistanın neft obyektlərinə və strateji məntəqələrinə ciddi hücumlar təşkil edəcək. Onu da deyim ki, Ermənistanda ABŞ səfirliyi İrana qarşı həyata keçirilən siyasətin mərkəzidir və ssenarilər birbaşa İrəvandan idarə edilir”.     /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin