05 Avqust 2020 08:05

Putin “ikinci SSRİ”ni necə quracaq? – AÇIQLAMA

Rusiyada Konstitusiyaya edilən dəyişikliklərlə bağlı bəzi ekspertlər müxtəlif fikirlər səsləndirir.

Onların bir qrupu bu dəyişikliyin Vladimir Putini 2036-cı ilədək hakimiyyətdə tutacağını iddia edir, digərləri isə dəyişikliyin keçmiş SSRİ-ni yenidən bərpa etmək məqsədi daşıdığını vurğulayır.

SSRİ-nin bərpa olunma ehtimalının çox yüksək olduğunu iddia edənlər bunun 2024-cü ilin sentyabrında baş tutacağını düşünürlər. Bu barədə Qərb mənbələrində məlumat olduğu da iddia edilir.

Turkustan.info bildirir ki, məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bunun mümkün olmayacağını deyib:

Putin “ikinci SSRİ”ni necə quracaq? – AÇIQLAMA

“Putin bir vaxtlar SSRİ-nin dağılmasını böyük fəlakət kimi qiymətləndirmişdi. O zaman bu fikrə diqqət yetirilmədi və sıradan bir ifadə kimi yanaşıldı. Amma zaman keçdikcə Putin bu fikri yenə təkrarlamağa başladı və son konstitusiya dəyişiklikləri ərəfəsində Rusiya televiziyasına verdiyi müsahibəsində həmin məsələyə yenidən qayıtdı. Dedi ki, SSRİ-nin bərpasından kimsə qorxmasın, bu təhlükəli deyil. O, həm də əlavə etdi ki, SSRİ dağılarkən bəzi ölkələr Rusiyanın tarixi torpaqlarını da ondan qopararaq aparıb. Məndə belə təəssürat yarandı ki, Putin növbəti illərdə yenidən prezident olmaq arzusundadır. Konstitusiyaya dəyişikliklərlə də raha şəkildə prezident ola bilər. Ona görə də gələcəkdə Putinin SSRİ olmasa da, ona uyğun bir qurum yaratmaq istədiyini düşündüm. Halbuki MDB və Avrasiya İqtisadi Birliyi var. Görünür, bu ona azlıq edir. Amma məsələ burasındadır ki, Putinin özündən başqa keçmiş respublikaların heç biri, o cümlədən onların liderləri də SSRİ-nin bərpasını istəmir. SSRİ-nin bərpası ancaq güc və ya müharibə yolu ilə mümkündür”.

Ekspert əlavə edib ki, Putin keçmiş rus torpaqları iddası ilə gələcək prezidentlik planını açıqladı:

“Onsuz da Rusiya keçmiş tarixi torpaqlarını geri qaytarmaq bəhanəsi ilə 2008-ci ildə Gürcüstanla müharibə etdi. Nəticədə Cənubi Osetiya və Abxaziya işğal olundu. 2014-cü ildə Ukrayna ilə müharibə və Krım ilhaq edildi, Dombasda separatçı bölgə yaradıldı. Görəsən, Putin indi hansı torpaqlara gözünü tikib. Bir qalır Qazaxıstan. Bəzən Qazaxıstanın da qədim rus topaqları olması haqqında fikirlər səslənir. Putin özü də bir neçə il öncə demişdi ki, Nazarbayev olmasaydı, Qazaxıstan adlı dövlət olmazdı. Bu fikirlərin, əlbəttə, Azərbaycana aidiyyəti yoxdur. Çünki Azərbaycan ərazisində qədim rus torpaqları yoxdur. Üstəgəl Azərbaycan SSRİ-nin bərpasını da istəmir. Bəlkə də Azərbaycan yeganə ölkədir ki, qonşu dövlətlərlə tarixi torpaqlara malikdir. Yəni Ermənistan, İran, Rusiya və Gürcüstan ərazilərində Azərbaycanın qədim torpaqları var. Putinin məntiqi ilə yanaşsaq, gərək Rusiya müstəqilliyini qazananda Azərbaycanın tarixi torpaqlarını qaytarıb sonra müstəqilliyini elan edərdi. Amma Ermənistan xaric, biz digər qonşu dövlətlərlə ərazi iddiası etmirik. Çünki münasibətlərin gərginləşməsini istəmirik.

Amma görürük ki, Putin bu çıxışı ilə gələcək prezidentlik müddətində öz proqramını açıqlamış oldu. Bu proqram isə Rusiyaya yaxşı heç nə vəd etmir. Rusiya SSRİ deyil ki, kiməsə nəyisə diktə etsin. Düzdü, Gürcüstan və Ukrayna ilə miharibə apardı. Amma o, bütün qonşularla müharibə aparacaq gücdə deyil. Yəni SSRİ-nin bərpası mümkün deyil. Zamanında Lukaşenko da bərabərhüquqlu tərəfdaşlıq əsasında Rusiya ilə ittifaqa razı idi. Lakin sonradan gördü ki, Rusiya hegemonluq iddiasındadır. Ona görə də Lukaşenko bu fikrindən daşındı. İndi onun ən çox tənqid etdiyi ölkələrdən biri də məhz Rusiyadır”.

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin