05 Avqust 2020 07:58

ABŞ-da “İllinoys Azərbaycan Xeyriyyə Cəmiyyəti” təsis edilib

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sırasına yeni bir təşkilat da qoşulub.

Bu barədə Turkustan.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İllinoys ştatında təsis olunan “İllinoys Azərbaycan Xeyriyyə Cəmiyyəti” ABŞ qanunlarına əsasən rəsmi qeydiyyatdan keçib. Cəmiyyət uzun illərdir Birləşmiş Ştatlarda yaşayan soydaşımız Teymur Mehmandarovun təşəbbüsü ilə yaradılıb. Bu addımla o, İllinoys Ştatında yaşayan həmvətənlərimizi bir cəmiyyətin ətrafında birləşdirib. COVID-19 pandemiyası dövründə sosial şəbəkədə “Təşəbbüs” qrupu yaradan cəmiyyət rəhbəri Azərbaycan icmasını bir araya gətirən tədbirlər həyata keçirib.

İyulun 4-də isə cəmiyyətin 50-yə yaxın üzvü Çikaqonun “West Park” istirahət məkanında ABŞ-nın müstəqillik gününü təntənə ilə qeyd ediblər.

Xatırladaq ki, yerli qaydalara görə Çikaqoda pandemiya dövründə 50 nəfərədək insanın bir yerə toplaşmasına icazə verilir.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin