08 Avqust 2020 18:44

BAMF prezidenti COVID-19 peyvəndlərinin qlobal ümumi məhsul elan edilməsinə dair müraciət imzalayıb

Azərbaycanda fəaliyyət göstərən BMT ECOSOC yanında Əsas Məşvərətçi statusa malik beynəlxalq təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev özü və təşkilatı adından Yunus Mərkəzinin təşəbbüsü ilə COVID-19 peyvəndlərinin qlobal ümumi məhsul elan edilməsi ilə əlaqədar çağırışa imza atıb. 

Turkustan.info xəbər verir ki, dünyaca məşhur görkəmli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı, prof. Məhəmməd Yunusun təşəbbüsü olan birgə müraciət bütün qlobal liderlərə, beynəlxalq təşkilatlara və hökumətlərə hüquqi tədbirlər görməyi və COVID-19 peyvəndlərini Qlobal Ümumi Məhsul elan edərək, hər hansı patent hüququndan azad edilməsinə dair rəsmi açıqlamalar verməyi təklif edir. Hal-hazırda 19 Nobel mükafatı laureatı, 36 keçmiş dövlət və hökumət başçısı, siyasi liderlər, sənətçilər, beynəlxalq QHT və təsisatlar daxil olmaqla 114 dünya lideri, Yunus Mərkəzinin təşəbbüsü ilə COVID-19 peyvəndlərinin qlobal ortaq məhsul elan edilməsi üçün müraciət imzalayıblar.

M.Yunus öz mesajında ​bildirmişdir ki, birgə müraciət hökumətləri, fondları, xeyriyyəçiləri və sosial müəssisələri peyvəndlərin bütün dünyada pulsuz istehsalı və ya yayılması üçün təşəbbüslə çıxış etməyə çağırır.

“Bütün sosial, siyasi və səhiyyə qurumlarını, BÜTÜN həssas şəxslərin heç bir ayrıseçkilik etmədən qorunması üçün kollektiv məsuliyyətimizi bir daha təsdiqləməyə dəvət edirik.

COVID-19 pandemiyası hər bir ölkədə səhiyyə sistemlərinin güclü və zəif tərəflərini açıq şəkildə nümayiş etdirir və səhiyyə xidmətlərinə çıxışda maneələri və qeyri-bərabərliyi üzə çıxarır. Qarşıdakı peyvənd kampaniyasının effektivliyi onun universallığından asılı olacaq”.

İmza edənlər Birləşmiş Millətlər Təşkilatının Baş katibi, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, dini liderlər, sosial və mənəvi liderlər, tədqiqat laboratoriyaları və əczaçılıq şirkətlərinin rəhbərləri daxil olmaqla bütün dünya liderlərindən və mediadan həmrəylik nümayiş etdirmələrini xahiş edir, biz Covid-19 peyvəndi hazır olduqda onun qlobal ümumi məhsul kimi istifadə olunması haqda qlobal konsensusa sahibik.

BAMF hamının pulsuz peyvənd əldə etmək hüququnu təmin etmək üçün http://www.vaccinecommongood.org// səhifəsindən müraciətə qoşulmağa dəvət edir.  /EDNews.net/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri