20 Yanvar 2021 17:21

Spiker Sahibə Qafarova türkiyəli həmkarı ilə danışıb

Milli Məclisin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Mustafa Şentop arasında telefon danışığı olub.

Turkistan.info xəbər verir ki, bu barədə spiker S. Qafarova Facebook səhifəsində yazıb:“Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”.

Paylaş: