08 Avqust 2020 19:30

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib

İyulun 9-da Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib.
İclasda Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov COVID-19 pandemiyası dövründə dayanıqlı inkişafın təmin olunması, bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilinin cari vəziyyəti və “Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)”nın hazırlanması məsələlərinin müzakirəsinin vacibliyini diqqətə çatdırıb.

Əli Əhmədov gündəlikdə yer alan məsələlərə, o cümlədən dayanıqlı inkişafın təmin edilməsi, ələlxüsus ortamüddətli dövrdə makroiqtisadi sabitliyin qorunması, iqtisadi inkişafın canlandırılması, inklüziv və dayanıqlı iqtisadi artımın təmin edilməsi, tam və səmərəli məşğulluğa nail olunması prioritetlərinə dair müvafiq tapşırıqlarını Şura üzvlərinin diqqətinə çatdırıb.
Şuranın sədrinin müavini, İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək, dünya ölkələrini əhatə edən COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri, o cümlədən milli iqtisadiyyatı ressesiyaya apara biləcək faktorların qarşısının alınması, xüsusilə iqtisadi aktivliyin qorunması, biznesə dəstək proqramlarının həyata keçirilməsi, uzunmüddətli dövrdə iqtisadi inkişafın əsas strateji xətti olaraq qeyri-neft sektorunun formalaşdırılmasının zəruriliyini qeyd edib.
Mikayıl Cabbarov “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının ölkəmizin inkişaf xəttinin müəyyən edilməsində rolunu, uzunmüddətli inkişaf hədəflərinə çatmaq üçün sosial-iqtisadi alətləri, həyata keçiriləcək tədbirləri özündə ehtiva edəcək və Dayanıqlı İnkişaf Məqsədlərinə tam inteqrasiya olunmuş yeni bir yanaşmanı əks etdirəcək “Azərbaycan 2030 İnkişaf Strategiyası”nın bu baxımdan vacib sənəd olacağını vurğulayıb.
Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində irəliləyişlərə nail olunması üçün qarşıda duran çətinliklərin aradan qaldırılması və pandemiyanın qlobal təsirlərinin qiymətləndirilməsi məqsədilə regional tərəfdaşlığın gücləndirilməsinə həsr olunacaq və cari ilin oktyabrında keçiriləcək “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun əhəmiyyəti və gözlənilən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda pandemiya dövründə “Dayanıqlı İnkişaf: görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova çıxış ediblər.
Sonda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkili və bununla əlaqədar zəruri məsələlərin həll edilməsi, “Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)”nın hazırlanması və icrası üzrə ümumi əlaqələndirilmənin Şura tərəfindən həyata keçirilməsi, habelə bu istiqamətdə BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyinin dəyərləndirilməsi barədə qərarlar qəbul olunub.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri