06 Dekabr 2020 05:10

Milli komandamızın yeni baş məşqçisi bu gün məlum olacaq

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası baş tutacaq.

Saat 15:00-da başlayacaq iclasda Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlər və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, hazırda əsas namizədlər italiyalı Canni De Byazi və irlandiyalı Roy Kindir. Bundan başqa, ötən ildən millimizdə məşqçi kimi çalışan azərbaycanlı mütəxəssis Arif Əsədovun da adı çəkilir. (offsideplus.az)

Paylaş: