04 Avqust 2020 04:19

Qənirə Paşayeva əsərləri dövlət varidatı elan edilən Seyid Əzim Şirvanidən yazdı

Bugün XIX yüzil görkəmli Azərbaycan şairi və maarifçisi, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən Seyid Əzim Şirvaninin doğum günüdür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə Seyid Əzim Şirvaninin adı, Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Seyid Əzim (10.07.1835, Şamaxı – 20.05.1888, Şamaxı) – kiçik yaşlarında olanda, Şamaxının mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat edib, o, ana babası Molla Hüseynin himayəsində yaşayıb. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim, təxminən 10 il sonra Şamaxıya qayıdıb və burada mədrəsədə oxuyaraq, orta ruhani təhsilini tamamlayıb. 1853-cü ildə, 18 yaşında olarkən, o, anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdıb. XIX yüzilin 50-ci illərində Azərbaycanda, o cümlədən Şamaxı şəhərində mədəni-maarif sahəsində köhnəlik, sxolastika hələ çox qüvvətli idi; Şərqin dini mərkəzlərinə ziyarətə getmək, ruhani təhsili almaq, “hacı”, “kərbəlayi”, “məşədi” olmaq gələnəyi öz varlığını tam gücü ilə sürdürürdü. Belə bir ortamda Seyid Əzimin ruhani təhsili almaq, dini ocaqların ziyarətinə getmək fikrinə düşməsini də təsadüfi hesab etmək olmaz. Odur ki, 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa – öncə Nəcəf və Bağdada, daha sonra Suriyanın Şam şəhərinə aparıb. Gənc şair İraqda oxuyarkən dünyavi elmlərə də böyük maraq göstərib. Şamaxıya qayıtdıqdan sonra, 1869-cu ildə orada yeni üsul üzrə “Məclis” adlı bir məktəb açaraq, ömrünün axırına qədər burada müəllimlik edib. Köhnə mollaxanalardan fərqli olaraq, o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edib, tarix, coğrafiya, hesab və s. fənlərdən ilkin bilgilər verib. Təsadüfi deyil ki, Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə və bir sıra başqa yazarlar məhz onun məktəbində oxuyub.
O vaxtkı Zaqafqaziya Tədris dairəsi Seyid Əzimin maarif sahəsindəki xidmətlərinin nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif etmişdi. Uzun müddət bəlli olmayan bu sənədin əsli Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin arxivində saxlanılır. Təxminən, 1966-cı ildə Azərbaycan Daxili İşlər Naziriliyi arxivlər idarəsinin rəisi M.Şəkinski həmin sənədi 1880-1890-cı illərin nüfuz siyahısı qovluğunun arasından tapıb, dərc olunmaq üçün “Azərbaycan müəllimi” qəzeti redaksiyasına vermişdi.
Seyid Əzimin məktəbi haqqında ilk rəsmi, dürüst bilgini 1889-cu ildə Poti şəhərində Minqrel şəhər məktəbinin müəllimi A.Zaxarov “Народное обучение у Закафказских татар” adlı geniş məqaləsi ilə duyurub. A.Zaxarov yazırdı: “Seyid Əzim həmin məktəbi 18 ildir idarə edir. O (Seyid Əzim), fars, ərəb və bir neçə Dağıstan ləhcələrini də bilir. Onun məktəbində 33 nəfər şagird oxuyur; bunlardan 12 nəfəri həftədə 15 qəpik, 9 nəfəri 20 qəpik və 12 nəfəri isə 25 qəpik tədris haqqı verir ki, bu da, toplam, 6 manat 60 qəpik edir. Seyid Əzim bir neçə il bu cür dərs dedikdən sonra, tərcümə etdiyi əsərləri və öz şeirlərini toplayıb “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” adlı bir dərs kitabı tərtib etmişdir. Seyid Əzim həmin dərsliyin əlyazması şəklində o zamanlar Qori Seminariyasının tatar şöbəsi müdiri A.O.Çernyayevskiyə göndərmiş və A.O.Çernyayevski də həmin kitabdan bir neçə hekayə alıb, tərtib etdiyi “Vətən dili” dərsliyində çap etdirmişdir”…
Ədibin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır; bunların da bəlli bir bölümü öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə bütövləşir. Doğruluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, xeyirxahlıq və b. gözəl, nəcib sifətlər, tərbiyələndirmə işi həmin öyüdlərin əsas məzmununu təşkil edir.
Seyid Əzimin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. O, öz dövrünün böyük realist şairi kimi tanınıb.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzimin bədii iris, biri dogma dilimizdə, digərisə farsca olmaqla, iki böyük külliyyatdan ibarətdir; Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir.
Şairin əsərləri içərisində müxtəlif Şərq qaynaqlarından etdiyi çevirmələr, Sədi, Hafiz və Füzuliyə yazdığı nəzirələr də var; lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzimin yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Bu qəzəllər içində aşiqanə qəzəllər daha çox yer tutur. Onun şeirə hərarət, can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur; şairin qəzəllərində həyat sevgisi, nikbin ovqat, dini etiqad özəl yer tutur.
Seyid Əzimin yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır; artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin önəmli rolu olub; çünki o, məhz “Əkinçi”nin təsiri ilə günün bir çox zəruri məsələləri ilə maraqlanıb və yaradıcılığında yeni mövzulara keçib, yeni həyat çağırışlarına uyğun şeirlər yazıb və onları Azərbaycanın ilk milli mətbu orqanında nəşr etdirib.
Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət tribunası idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah insan kimi dəyərləndirirdi. O, “Əkinçi”də çap etdirdiyi şeirləri ilə çağdaşlarını bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı.
Seyid Əzimin dinə münasibəti zaman-zaman müzakirə olunan mövzulardan olub.
Seyid Əzim Axundov kimi ateist deyildi, onun dünyagörüşünə dinin qüvvətli təsiri danılmzdır; lakin öz dövrünün qabaqcıl adamı olan Seyid Əzim, dini etiqada çox laqeyd və passiv münasibət bəsləyib.
Günümüzdə Bakı şəhərində Seyid Əzimin 40 nəfərdən çox qohumu yaşayır; eləcə də, Təbriz və Məşhəddə, hətta Özbəkistanda da Seyid Əzimin doğmaları yaşamaqdadır.
Bakı, Gəncə, Şamaxı və b. şəhərlərimizdə Seyid Əzim Şirvaninin adını daşıyan küçələr mövcuddur; Şamaxı şəhər Tarix-Diyarşünaslıq Muzeyi də Seyid Əzim Şirvaninin adını daşıyır.
RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin