08 Avqust 2020 18:20

Uçurumun qaşqasında dayananlar

Hər gün marketlərdə gördüyüm acınacaqlı mənzərələr və sosial şəbəkələrdə rastıma çıxan məntiqsiz statuslar bu kiçicik yazını yazmağıma səbəb oldu. Hesab edin ki, hər hansı bir marketdə100 adam varsa onun 80 nəfərinin maskası yoxdu. Bu maskasız adamlar da heç sosial məsafə belə gözləmədən biri-biri ilə çənə-çənəyə verib Operativ Qərargahı, TƏBİBi və həkimləri lənətləməklə məşğuldular. Hətta bəzilərinə yaxınlaşıb, niyə maskadan istifadə etmirsiniz,.. desən də peşman olursan. Di gəl, belə şəraitdə özünü və ailəni hər an baş verə biləcək faciədən qoru… İnsafən deməliyəm ki, nəzarətçilərin və polislərin müdaxiləsi belə bu azğınlaşmış, uçurumun qaşqasında dayanmış cahillərə təsir etmir. Polislərə yaxınlaşıb deyirsən ki, niyə cərimə etmirsiniz? O da bildirir ki, görmürsən kasıbın biridi, yazığım gəlir, hər gün nə qədər cərimə etmək olar ki…

Bəlkə də polisi də qətiyyətsizlikdə ittiham etmək olar. Lakin yenə də görürsən ki, əsas günahkar bu gözəgörünməyən düşmənlə müharibə ərəfəsində tətbiq olunmuş qaydalara əməl etməyənlərdi.

Hər cür şaiyələr yayan, heç bir məntiqə sığmayan fikirlər dövriyyəyə buraxan adamlar anlamalıdır ki, koronavirus adlı ölüm kabusu var və damcılar şəklində yayılır. Bu virusun qurbanına çevrilməmək üçün cəmi üç şey tələb olunur: – Maska taxmaq, social məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək. Daha kimsə uşurumun qaşqasında dayandığını bilə-bilə növbəti addımı atıb uçurumun dibinə yuvarlanacaqsa,.. bu konkret olaraq axmaqlıqdı! Dövləti günahlandıranlara isə demək istəyirəm ki, bu üzü qara olmuş virus ki, var, nə iqtidar tanıyır nə də müxalifət. Hətta təbii olaraq yox, süni çəkildə yaradılıbsa belə bu mərəz var və 190-a yaxın ölkəyə yayılaraq pandemiyaya çevrilə bilib.

Almaniyada yaşayan dostlarımın dediklərinə əsasən yenə də qənaətim budur ki, yalnız vətəndaş olaraq dövlətin və onun tətbiq etdiyi qaydaların ətrafında sıx birləşərək bu bəladan tez bir zamanda qurtulmaq olar.

Son olaraq yenə də qaydalara məhəl qoymayaraq özünü “qəhrəman” hesab edənlərə üz tutaraq demək istəyirəm ki, hər kəlməbaşı Operativ Qərargahı, TƏBİBi və həkimləri söyməklə məşğul olmaqdansa azacıq da olsa İNSAN olmağı bacarın. Bu gün Operativ Qərargahda da, TƏBİBdə də çalışanların gecəsi-gündüzü yoxdur. Xüsusən də TƏBİBdə çalışanlar mümkün olan nə varsa edirlər. Həkimlərimizə gəlincə onlar birbaşa gözəgörünməz düşmənlə müharibənin ön cəbhəsində döyüşən qəhrəmanlardır. Aylarla ailə üzü görməyən, ev çörəyi yeməyən, yuxusuzluqdan və hər an üz-üzə dayandığı dəhşətlərdən gözləri böyümüş həkimlər! Hələ bu yayın istisində maska taxmaqdan qançır-qançır olmuş simalarını, qoruyucu tibbi forma geyinməkdən yanmış kürəklərini və sinələrini demirəm…

Vahid Aslan

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri