07 Avqust 2020 01:11

“Mütaliəli” Paşinyan son vaxtlar ziddiyyətli mühakimələrinin təsiri altındadır”

Qənirə Paşayeva

Millət vəkili

Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti dəfə təxribata əl atması – Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirtməyə cəhd göstərməsi özü ilə xeyli suallar gətirdi. Bu sualların bir çoxu Ermənistanın təbəddülat, böhran yaşayan daxili siyasətinin əsas iştirakçıları üçündür. Əslində, bizim ən böyük sualımız Ermənistanın niyə belə təxribat etməsi deyil, çünki biz təxribatları Ermənistanı idarəedənlərin xarakterik xüsusiyyəti kimi qəbul etmişik. Ermənistan tərəfindən yaradılmış hər hansı suala ən yaxşı cavabı Azərbaycan Silahlı Qüvvələri verib, verir və verəcək! (Heç kəsə sirr deyil ki, özbaşına qalmış Ermənistan Azərbaycan qarşısında ən yaxşı halda bir həftə duruş gətirə bilər.) Biz bu əzmi, çox da uzaq olmayan tarixdə – 2016-cı il aprelinin əvvəllərində Lələtəpə istiqamətində, 2018-ci il mayın sonlarında Günnüt istiqamətində görmüşük və bugünlərdə Tovuzda gördük. Bütün bu deyilənlərlə yanaşı, düşmənin Tovuz istiqmətindəki təxribatı hansısa sual yaratdısa, yubanmadan o sualın cavabları da meydana gəlmiş oldu.
Əsas cavab: Artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd edən düşmən, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlələrlə geri otuzduruldu, canlı qüvvə və hərbi texnika sarıdan ciddi zərər gördü. Bizim ordunun cavab tədbirləri məhz cavab tədbirləri olub, adekvat xarakter daşıdı. – Düşmən özü törətdiyi təxribatın cavabını aldı, cəzasını çəkdi. – Müdafiə Nazirliyinin yaydığı “video-material”dan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
Heç şübhəsiz, respublikamızın beynəlxalq mövqelərinin güclənməsi, diplomatik uğurlarımız, dövlət başçımızın irəli sürdüyü qlobal təşəbbüslərin məhz qlobal miqyasda da dəstəklənməsi, Ermənistanı ciddi narahat edir. Özü də bu narahatçılıq yalnız Ermənistanda qalmır, erməni lobbisini, bütün ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri də əhatə edir. Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının “Virtual Zirvə” toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanın və onun havadarlarının narahtıçılığını daha da böyüdüb, güncəlləşdirib. Özü də, hadisələr zənciri, necə deyərlər, yalnız bir-iki halqa ilə şərtlənmir, o, özündə tam bir sistem, qanunauyğunluq ehtiva edir. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında, bunlardan başqa, paytaxt Bakıda baş tutan beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini və faşist simasını faktlarla ifşa etməsi, Ermənistan hakimiyyətini ciddi problemlər, cavabı çətin suallar qarşısında qoyub. – Üstəlik, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi Ermənistanın və xarici ermənipərəst dairələrin təşvişini artıran amillər olub.
Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaq (fərqli istiqamətə yönəltmək), həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi – siyasi, iqtisadi və artıq tibbi (kornavirus) böhranı azaltmaq məqsədi güdür. – Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə bağlı dərin böhran yaşandığı danılmaz faktdır. Dediyimiz böhran səbəbləri ilə yanaşı, korrupsiya, qaçaqmalçılıq, insan hüquq və azadlıqlarının boğulması, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. “demokrat libaslı işğalçı” Paşinyanın hökumətini (haqq etdiyi və gözlənilən) mürəkkəb duruma salıb.
Bəli, Azərbaycanın dövlət sərhəddə boyunca törədilən hərbi təxribat, Paşinyan hakimiyyətinə “xarici düşmən” mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. – “Mütaliəli” Paşinyan görünür son vaxtlar (az fərqlə adaşı sayıla bilən) Nikola Makivellinin ziddiyyətli mühakimələrinin təsiri altındadır. – Məncə, bunlar da Makivellidəndir: “tabe olanlar bilməlidir ki, öz liderlərindən nə gözləyirlər və anlamalıdırlar ki, liderləri onlardan nə gözləyir?” – Elə bilirəm, hazırda, nə Paşinyan, nə də onun ideya-siyasi, ideoloji xəttinin davamçıları bu Makivelli sualına cavab vermə durumunda deyil. – Nə parlaq ideya, nə konsturktiv həll yolu, nə əsaslı ideoloji xətt var… – O hansı elmi baxış, ideoloji-siyasi əsaslandırma, politolji tezisdir ki, orada demokratiya ilə terrorçuluq, işğala haqq qazandırma bir arada tutulsun?! Və ya o hansı itqisadi əsasdır ki, Paşinyan onun əsasında həm Ermənistanı çiçəkləndirəcək, əhalinin rifahını təmin edəcək, həm də, Qarabağın işğalını davam etdirə biləcək? –Yoxdur belə bir iqtisadi əsas, yoxdur!
Paşinyan hesab edirsə ki, “xarici təhlükə” qarşısında xəstə cəmiyyəti toparlamaq, müxalifəti tərki-silah etmək, hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni dəf etmək mümkün olacaq, deməli, yanılır. Hazırda Ermənistanda daxili durum, bütün parametrlər üzrə olduqca mürəkkəbdir – müxalifətin hakimiyyətə qarşı vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı sonuca varacağı sual altındadır.
Beləliklə, növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, itkilər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Artıq Ermənistanda etiraz aksiyaları başlayıb, ictimai fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini sərt tənqid edir.
Əziz dostlar, hörmətli oxucular,
Bilirsiz ki, mən parlamentdə Tovuzu təmsil edirəm və hadisə barədə məlumat aldıqdan bir qədər sonra Tovuza gəlmişəm. Bu sətirləri də Tovuzda yazıram. İstər rayon rəhbərliyi, Müdafiə Nazirliyi rəsmiləri ilə daha öncə apardığım söhbətlər, istərsə, rayona gəldikdən sonra öz gözlərimlə gördüklərim, məndə bir daha əminlik yaratdı ki, düşmənin təxribatları nəinki istədiyi nəticəni verməyib, əksinə, hesablamadığı itkilər, rüsvayçılıq qazanıb. – Yazının girişində də vurğuladığımız kimi, bəlkə hansısa suallardan yayınmaq istəyən Paşinyan hökuməti, daha yeni suallar qarşında qalıb.
Ermənistan tərəfinin bütün şayiələrinə baxmayaraq, biz heç bir mövqe itirməmişik, əksinə rəşadətli ordumuz, düşmənə sarsıdıcı zərbə vurub.
İndi güclü, nizami ordumuz var; indi XX yüzilin 90-cı illəri deyil; artıq vətəndaşlarımız özünümüdafiəyə məcbur qalmır.
Ümumiyyətcə, hazırda xaotik təşəbbüslərə ehtiyac olmadığı hər kəs tərəfindən qəbul edilməlidir. – Çünki belə təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, Silahlı Qüvvələrimiz haqqında uydurmalara imkan yarada bilər. Ona görə də, bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri heç bir zərurətə söykənmir. – Azərbaycan güclü orduya malikdir. Ordumuz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. İndi çağırışlar, təşəbbüslər dövlət siyasətinə uyğun şəkildə davranmaq, rəsmi məlumatlara etibar etməklə özünün ən uyğun, ən düzgün (konstruktiv) ifadəsini tapa bilər.
Yazımın sonunda, bir daha, cəbhənin Tovuz istiqamətində şəhid olan hərbçilərimizə Tanrıdan rəhmət, yaralılarımıza acil şəfalar diləyirəm!
Bayrağımız uca olsun!

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin