07 Avqust 2020 01:31

“Paşinyan Ermənistanın itkilərini gizlətməklə daxili narazılığı səngitmək istəyir” – Politoloq

“Sərhəddəki insident Azərbaycanla Ermənistan arasındakı başqa fərqləri də göstərdi. Birincisi, Azərbaycan Müdafiə Nazirliyi toqquşma zamanı itkiləri açıqladı. Bu beynəlxalq aləmə göstərdi ki, birinci atəşi Ermənistan ordusu açıb və sonrakı hadisələrə görə məsuliyyət İrəvanın üzərindədir. Ermənistanın Müdafiə Nazirliyi isə itkilər barədə hələlik məlumat vermir. Halbuki, Ermənistanın sosial şəbəklərindən itkilərlə bağlı müzakirələr gedir”. 

Turkustan.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan hakimiyyətinin itkilərin miqyasını gizlətməkdə məqsədi indiki ağır iqtisadi və pandemiya şəratində erməni cəmiyyətinin narazılığının daha da artmasının qarşısını almaqdır:

“Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyanı istefaya məcbur edən səbəblər məhz 2016-cı ilin aprelində Ermənistan ordusunun uğursuzluğu və itkiləriylə əlaqəli idi. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan eyni aqibəti yaşamaq istəmədiyindən itkilərin açıqlanmasına hazır deyil. İkincisi, Ermənistan sərhəddəki insidentdən dərhal sonra sağa-sola, hara mümkündürsə, şikayət etməyə başlayıb. Xarici işlər naziri Zöhrab Mnasakyan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasosa zəng edib təşkilatın Ermənistana dəstək verməsini istəyib. Bəlkə də insidentin Dağlıq Qarabağ istiqamətində deyil, Azərbaycanla sərhəddə baş verməsi Ermənistanın KTMT-nin və özəlliklə Rusiyanın dəstəyinin artırılmasına nail olmaqdır. Hələlik bu saata qədər KTMT üzvləri Ermənistana birmənalı dəstək ifadə etməyiblər. Məsələ burasındadır ki, Rusiyadan başqa KTMT-nin digər üzvləri işğalçı dövlətə dəstək vermirlər, çünki üzv ölkələrin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Ermənistan hakimiyyətinin şikayət etdiyi ikinci ünvan ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik olub. Ermənistanın müdafiə naziri David Tonoyan onunla telefonla danışıb. Bu telefon danışığında Tonoyan sərhəddəki insidentə görə Azərbaycanın günahkar olduğunu sübut etməyə çalışsa da, belə bir cümlə də işlədib: “Ermənistan ordusu təxribatlara ancaq cavab hüququndan istifadə edir, ancaq təxribatlar davam edərsə, lazımi mövqelərin ələ keçirilməsi əməliyyatlarını da həyata keçirə bilər”. 

Tonoyanın sonuncu cümləsi Tovuzdakı insidentin mahiyyətini ortaya qoyur. Ermənistan ordusu sərhəddə strateji yüksəkliklərə nəzarət etmək istəyir. Azərbaycan ordusu buna imkan verməyərək, yüksəklikləri öz nəzarəti altında saxlamaq əməliyyatlarını davam etdirəcək. 2016-cı ilin aprel ayındakı döyüşlər də məhz strateji yüksəkliyə hansı tərəfin nəzarət edəcəyi uğrunda gedirdi. Nəticədə strateji yüksəkliyi Azərbaycan ordusu ələ keçirdi. Bundan sonra Azərbaycan ordusu Naxçıvan istiqamətində strateji yüksəkliyi nəzarəti ələ keçirdi. Üçüncüsü, son insident Rusiya ilə Türkiyənin Azərbaycan üçün fərqini bir daha ortaya qoydu. Türkiyə Xarici İşlər Nazirliyi sərhəddəki insidentdən dərhal sonra Azərbaycana tam dəstəyini və Ermənistanın işğalını pisləyən bəyanat yaydı. Sərhəddəki insidentdən sonra Ermənistanın müdafiə naziri isə Rusiyanın təyyarəçilərini qəbul edərək Ermənistan hərbi hava qüvvələrinə verdiyi dəstəklərə görə onlara minnətdarlığını bildirdi. İrəvandakı görüşdə rusiyalı təyyarəçilərə medallar verildi. Azərbaycan işğalla barışmayacaq. Ermənistanda bir-birini dəyişən hakimiyyətlər münaqişənin həlli üçün “mərhələli həll” planını qəbul etmirlər. Demək lokal toqquşmalar və genişmiqyaslı müharibə ehtimalı hər zaman yüksək qalacaq. Bunun qarşısını nə Rusiyadan edilən telefon zəngləri, nə də həmsədrlərin ortamı yumşaltmaq üçün yaydıqları və yayacaqları bəyanatlar ala bilər. Düyməyə basılan mexanizm hərəkətdədir”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin