10 Avqust 2020 06:31

Azərbaycan-Britaniya parlamentlərarası İşçi Qrupu vəziyyəti müzakirə etdi – FOTOLAR

13 iyul 2020-ci ildə Azərbaycan – Böyük Britaniya parlamentlər arası İşçi Qrupun virtual iclası keçirilmişdir. İclasda Azərbaycan Parlamentində Böyük Britaniya ilə dostluq qrupunun sədri, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Britaniya Parlamentində Azərbaycan üzrə işçi Qrupun sədri, deputat Bob Bləkmən və Qrupun Böyük Britaniyadan olan digər üzvləri iştirak etmişlər.

Görüş zamanı son iki gün ərzində Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatlar haqqında Britaniyalı deputatlara ətraflı məlumat verilmiş və Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi diqqətə çatdırılmışdır. Cənab Bləkmən Ermənistanın əməllərinin yolverilməz olduğunu söyləmiş və Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd etmişdir. Görüşdə iştirk edən digər deputatlar cənab Lord Evans, xanım Katerin Vest və başqaları Ermənistanın məhz indi – pandemiya dövründə təxribat törətməsinin səbəbləri, qonşu dövlətlərin, eləcə də beynəlxalq qurumların baş verən hadisələrə münasibəti, Azərbaycanda pandemiya ilə bağlı aparılan işlər və cari vəziyyət haqqında suallar vermişlər.

Millət vəkili Cavanşir Feyziyev Britaniyalı həmkarlarına bildirib ki, sülh danışıqlarının gedişatında Ermənistanın bu cür təxribatçı addımlar atması birinci dəfə deyil. Münaqişənin sülh yolu ilə həlli üçün bütün prinsiplər ortada olsa da, Ermənistan hər dəfə danışıqlar prosesinə bənzər şəkildə zərbə vurur və danışıqlar prosesini pozur, beləliklə də mövcud status-kvonun mümkün qədər uzadılmasına və işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına çalışır. Deputat qeyd edib ki, erməni hərbi birləşmələri bir qayda olaraq sərhəd boyu kəndlərimizdə yaşayan mülki əhalini hədəfə alır və hazırda Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə yerləşən hissələri düşmənin mülki əhaliyə hücumlarının qarşısını almaqla məşğuldur.

Səfir Tağızadə Ermənistan tərəfindən son iki gündə Tovuz rayonunda törədilən təxribat və Azərbaycanın cavab addımları ilə bağlı ətraflı məlumat verərək vəziyyətin gərgin olaraq qaldığını və buna görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu bildirmişdir. Səfir artıq Azərbaycan daxilində və beynəlxalq ictimaiyyət tərəfindən reaksiyaların başladığını nəzərə çatdıraraq mövcud vəziyyətin müharibəyə çevrilmə ehtimalının mümkünlüyünü də ifadə etmişdir. Səfir T.Tağızadə Azərbaycan Prezidentinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan mümkün olduğu qədər Ermənistanın təxribatlarına getməməyə və regionda sülhü qoruyub saxlamağa çalışsa da, Ermənistanın bu cür destruktiv addımları nəticəsində əhalinin baş verənlərə münasibətdə emosiyalarını nəzarətdə saxlamaq getdikcə çətinləşir.

Görüş zamanı həmçinin Azərbaycanda aparılan islahatlar, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün hökümət tərəfindən atılan addımlar, pandemiyaya qarşı mübarizədə əldə edilən uğurlar, eləcə də pandemiyaya qarşı mübarizədə Azərbaycan tərəfindən irəli sürülən beynəlxalq əməkdaşlıq təşəbbüsləri haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə beynəlxalq hüquqa əsaslanan mövqeyi millət vəkilimiz və səfirimiz tərəfindən yüksək qiymətləndirilmiş və Britaniyanın regionda sülhə dəstək vermək üçün atdığı addımların bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

Görüşün sonunda Britaniya Parlamentində Azərbaycan üzrə İşçi Qrupu üzvlərinin Azərbaycana səfər etmək imkanları müzakirə edilmiş və pandemiya ilə bağlı vəziyyətin normallaşacağı təqdirdə Britaniyalı deputatların Azərbaycana səfərinin təşkil edilə biləcəyi qərara alınmışdır. İşçi Qrupun növbəti video-görüşünün sentyabr ayında keçirilməsi tərəflər arasında razılaşdırılmışdır. Onu da xatırladaq ki, Parlamentlər arası İşçi Qrupun Britaniya parlamentində 50-dən çox üzvü var. Həmin deputatların yarısından çoxu hakim Mühafizəkarlar Partiyasını, bir hissəsi Leyboristlər Partiyasını, bir hissəsi isə digər partiyaları təmsil edir. Böyük Britaniya-Azərbaycan Parlamentlər arası İşçi Qrupu Britaniya Parlamentində ən çox üzvə malik Qruplardan biridir.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri