12 Avqust 2020 12:41

“Gündə iki mindən çox adam virusa yoluxur” – Professordan ilginc açıqlama

Ölkənin baş gündəmi və diqqəti Tovuz istiqamətindəki hadisələr olsa da, ermənidən fərqli olaraq, ikinci gözəgörünməz düşmən –  koronavirusla müharibəmiz davam etməkdədir.

Azərbaycanın 16 şəhər və rayonunda COVİD-19 pandemiyası səbəbindən sərt karantn rejimi tətbiq olunub, yoluxma sayında isə azalma yoxdur, ölənlər gündəlik 6-9 nəfər arasında dəyişir.

Yalnız bir müsbət tendensiya müşahidə edilir: son günlərdə sağalanların statistikası yüksəlir, yoluxanların sayına çatmaqdadır. Elə iyulun 12-nə olan rəqəmlərə nəzər yetirsək, 520 yeni yoluxan, 486 sağalan var.

Daha bir gün əvvələ qayıdanda, yəni iyulun 11-də 531 nəfər yoluxub, 514 xəstə sağalaraq evinə buraxılıb. Bu isə sərt karantin rejimi tətbiq olunduğu bir aya yaxın müddətdə stabilləşmədən xəbər verir.

Bununla belə, üzücü gedişat koronavirus xəstələrini müalicə edən həkimlərin yoluxması ilə bağlıdır. İnfeksiyaya yoluxan həkimlərin sayı artır və elə bir gün yoxdur ki, hansısa bir doktor barəsində xəbər yayılmasın. Üstəlik, yoluxma sayında nisbi azalma belə müşahidə olunmur.

Sərt karantin rejiminin başa çatmasına təxminən 6 gün qalır və epidemiyanın yoluxma səviyyəsi ehtimal yaradır ki, daha bir həftə uzadıla bilər.

Lakin tibb üzrə professor Adil Qeybulla yuxarıda deyilənlərlə qətiyyən razılaşmır və onun “Yeni Müsavat”a bildirdiyinə görə, heç bir müsbət tendensiyadan söhbət gedə bilməz.

Doktor A.Qeybulla hesab edir ki, gündəlik açıqlanan rəqəmlər reallığı əks etdirmir: “Gündə iki mindən çox adam koronavirusa yoluxur. Sadəcə, həmin adamlar qeydiyyata düşmürlər, evdə müalicə olunurlar.

Yəni gündəlik açıqlanan rəsmi məlumatlar sırf stasionar qəbul olan xəstələrin siyahısıdr. Buna saxta rəqəm demək olmaz. Sadəcə, müraciət etməyən, xəbər verməyən və evdə özünü müalicə edən vətəndaşlar var”.

Professor qeyd etdi ki, vəziyyət kifayət qədər ciddidir və özümüzü aldatmayaq: “Sərt karantin rejimi ləğv olunmalıdır və bunun heç bir mənası yoxdur.

Bir tərəfdən sərt karantindir, digər tərəfdən insanlar avtobuslarda, marketlərdə karantini pozurlar. Bunun harası sərt karantin oldu?

Ona görə də insanlara əziyyət vermək lazım deyil, hamı sərbəst buraxılmalıdır və karantin davranışı gücləndirilməlidir. Yəni maska taxılması, dezinfeksiya, sosial məsafə tələblərinə nəzarət güclənməlidir”.

Həkim Vaqif Qarayev isə “Hürriyyət”ə deyib ki, sərt karantin rejiminin tez yumşaldılması yanlış idi.

Onun sözlərinə görə, Gürcüstanda yoluxmanın azalması sərt karantin rejiminin bizdən xeyli sonra yumşaldılması oldu:

“Səhv etmirəmsə, orada ictimai nəqliyyat iyunun 7-8-i işə başladı. Ola bilər ki, hökumət başqa cür düşünür, lakin mən hesab edirəm ki, səhvimiz orada oldu. Nəticədə yoluxma kifayət qədər çoxaldı.

İndi isə hamının bildiyi həqiqət var ki, bloklaşdıra, lokallaşdıra bilmirik. Lap belə olsa da, günahı bütövlükdə hökumətin üstünə qoymaq fikrindən uzağam. Çünki bu, müharibədir və burada iki tərəf var”.

V.Qarayev bildirib ki, dünyada bu virusdan qorunmağın çox sadə yolları var – maska, distansiya və dezinfeksiya: “Lap tutaq ki, hökumət nəyisə düz etmədi, lakin fərd olaraq hamımız özümüzü qorumağı bacarmalıyıq. Elə vətəndaşlarımız var ki, hökumətə, həkimə, sözü keçən adama inanmır, ”boş şeydir”, “yalandır” deyib məsuliyyətsiz davranır.

Sonra isə yalvarır ki, yoluxmuşam, mənə kömək edin. Gürcüstanla bir fərqimiz də məhz bu idi. Orada da əhali hökumətə qarşı kifayət qədər aqressiv idi. Lakin son illər Gürcüstanda qanuna daha pozitiv yanaşma var. Yəni əhali nə qədər narazı olsa da, qanunla razılaşmağa məcburdur.

Onu da qeyd edim ki, orada qadağalar daha sərt idi, həm də cərimə kifayət qədər yuxarı – 1000 dollar idi. Odur ki, kifayət qədər kasıb əhali 1000 dollar verməmək üçün qadağalara tabe olmağa məcbur idi”.

Türkiyə və Rusiyadan infeksion xəstəliklər üzrə reanimatoloq, pulmonoloqların gətirilməsini müsbət qiymətləndirdiyini deyən Vaqif Qarayev hesab edir ki, COVID-19-la mübarizədə nisbətən müsbət nəticə əldə edən ölkələrin mütəxəssislərindən faydalanmaq olar:

“İctimaiyyət, həmçinin media ”hökumət bacarmadı”, “gücsüzlüyünü etiraf etdi” kimi fikirlər səsləndirməməlidir. Bunlar biabırçı ittihamlardır. Odur ki, belə şeylərdən çəkinmək lazımdır.

Məgər biz Avropadan, İspaniya və ya İtaliyadan güclüyük?! Onlar da digər ölkələrdən kömək istəyirdilər. Ona görə də xaricdən mütəxəssislərin cəlb edilməsinə normal yanaşmaq lazımdır”.

Qeyd edək ki, COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib. Bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges deyib.

Nazir bildirib: “Bu gün bizim 115 mütəxəssisimiz COVİD-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək”.

B.Rodrigesin sözlərinə görə, ümumilikdə bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir.  

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri