05 Avqust 2020 05:06

Paşinyanın yoxsulluğu unutdurma “planı”

Əhalisinin 30 faizinin işsiz və hər 3 nəfərdən birinin yoxsul olduğu Ermənistan belə təxribatlarla sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov iyulun 12-də Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribat haqda danışarkən deyib. O bildirib ki, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi erməni lobbisini, ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir:

“Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsini təəssüf ki, həmin dairələr hələ də, yumşaq desək, həzm edə bilmirlər”.

Deputat bildirib ki, Ermənistanın rəsmi statistikasına görə, əhalinin hər 5 nəfərdən biri işsizdir:

“Son aylar Ermənistanda işsizlik səviyyəsində daha ciddi artımlar müşahidə olunmaqdadır. Beynəlxalq hesabatlarda isə Ermənistanda işsizlik səviyyəsi 30 faizdən az göstərilmir. Xüsusən də gənclər arasında işsizlik səviyyəsi artmaqdadır. Rəsmi statistikada əhalisinin hər 4 nəfərdən birinin, beynəlxalq hesabatlarda isə hər 3 nəfərdən birinin yoxsul hesab olunduğu Ermənistanda vəziyyət hazırda çox mürəkkəbdir və Paşinyan hakimiyyəti belə təxribatlarla problemi arxa plana atmağa cəhd edir. Amma aydındır ki, bunların nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin