12 Avqust 2020 14:05

“Sarsıdıcı zərbələr Ermənistana və onun havadarlarına ciddi siqnal olmalıdır”

“İşğalçı Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində bir neçə gündür törətdiyi təxribatlar nəticəsində Milli Ordumuzun hərbçilərinin şəhid olması xalqımızda böyük hiddət doğurub. Bu hiddət həm Ali Baş Komandan, Prezident İlham Əliyevin son çıxışında, həm də, ordumuzun düşmənə verdiyi sarsıdıcı cavabda öz əksini tapır”.

Bu fikirləri Ermənistanın hazırda davam edən təxribat hücumlarına münasibət bildirən Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin sədri Babək İsmayılov söyləyib.

B.İsmayılov bildirib ki, cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan xalqında səfərbərlik ruhunun nə qədər yüksək olduğunu ölçməyə bir daha imkan verdi: “Baxmayaraq ki, hazırda dünyada olduğu kimi, ölkəmizdə də pandemiya ilə bağlı sərt karantin rejimidir. Bununla belə, torpaq, Vətən məsələsi önə çıxarkən, xalqımız pandemiyanı da, koronavirusu da, ondan yaranan çətinlikləri sanki, unutdu, özünü döyüş əzmini nümayiş etdirdi.  Bu amil, işğalçı Ermənistan və onun havadarları üçün ciddi siqnal olmalıdır”.

Mərkəz rəhbərinin sözlərinə görə Azərbaycan xalqının mövqeyi ölkə Prezidentinin son çıxışlarında, o cümlədən, Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan olundu: “Cənab Prezident bildirdi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik. Biz də vətəndaş və ictimai qurum olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq” – deyə B.İsmayılov qeyd edib.

B.İsmayılov həmçinin, Vətənin müdafiəsinə qoşulmaqla bağlı bir sıra vətəndaşların təşəbbüslərinə də münasibət bildirib: “Ümumilikdə bu təşəbbüslər alqışlanmalıdır və xalqımızın döyüş əzmini göstərir. Eyni zamanda, Azərbaycanın güclü, intizamlı ordusu var. Orduya əlavə canlı qüvvə cəlb etmək səfərbərlik haqqında qanunla və Ali Baş Komandanın qərarları ilə icra olunur. Bu baxımdan, vətəndaşlarımızın bütün xoş niyyətləri də qanunvericiliyə söykənməlidir.”

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri