05 Avqust 2020 09:03

“Hərbi əməliyyatlar davam edəcək…” – “Paşinyan istəyir ki…” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ

“Paşinyanın istəyi budur ki, imkan olsa, Rusiyanı Türkiyə və Azərbaycanla toqquşdursun, alınmasa, ittiham edib Qərbə dönsün. Onun bu strategiyası göz qabağındadır. Hesab edirəm ki, Paşinyan bu strategiyadan əl çəkməyəcək”.

Turkustan.info bildirir ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Üç günlük döyüşlərdən sonra Ermənistan-Azərbaycan sərhədlərindəki gərginlik bir qədər səngimiş kimi görünür. Bundan sonrakı mərhələ üçün gözləntiniz nədir, döyüşlər davamlı ola bilərmi?

– Bu, müvəqqəti sakitlikdir. Müvəqqəti sakitlik heç kimi aldatmır. Mənim təhlilim onu göstərir ki, Ermənistan tərəfinin məqsədi bu və ya digər yollarla hərbi əməliyyatların bərpasına nail olmaqdır. Hesab edirəm ki, onlar hərbi əməliyyatların bərpasına nail olmaq üçün daha uyğun vaxt axtarırlar. Bu təxribatların baş verməsinin əsas səbəbkarı Nikol Paşinyandır. Ermənistan baş nazirinin əsas məqsədi bu və ya digər yollarla Rusiyanı bu hərbi əməliyyatlara cəlb etməkdir. Amma Paşinyan onu da başa düşür ki, indiki məqamda nə Rusiya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri ona dəstək verəcəklər. Bundan da istifadə edərək, Ermənistanın siyasətində bir dönüş yaratmaq istəyir. Yəni siyasəti Rusiyadan Qərbə döndərmək niyyətindədir.

Paşinyan Rusiyanın onu Ermənistanda real faktor kimi görmədiyini başa düşür. Birmənalı şəkildə Paşinyana müxalif olan qüvvələri dəstəkləyir. Təbii ki, bu təhlükəni aradan götürmək baxımından dönüş yaratmaq onun üçün çox vacibdir. Çünki bu dönüşlə öz siyasi gələcəyini uzatmaq niyyətindədir. Ona görə deyirəm ki, belə təxribatların davamlı olacağını düşünürəm. Amma nə vaxt olacağını demək çətindir.

– Bəs Paşinyanın öz məqsədlərinə nail olması nə qədər mümkündür?

– Mümkündür. Çünki Qərbə dönüş Ermənistan ictimaiyyətinin seçimi və sifarişidir. Ermənilər başa düşürlər ki, onlar Rusiyadan istədiklərini alıblar və bundan artığını almaq mümkün deyil. İndi də anlayırlar ki, onlara inkişaf üçün Qərbin investisiyaları, texnologiyası və dəstəyi lazımdır. Onu da anlayırlar ki, Rusiya artıq böhrana doğru irəliləyir. Əlbəttə, öz gələcəklərini böhranda olan tərəfə bağlamaq istəmirlər. Şübhəsiz ki, Rusiya üçün Paşinyanı devirmək elə də çətin məsələ deyil. Rusiya başa düşür ki, Ermənistanda formalaşmış milli məntiqi neytrallaşdırmaq və onu gözdən salmaq vaxt tələb edir və bu, hansısa ciddi siyasi dəyişiklik olacağı halda mümkündür.

– “Qərbə dönüş” deyirsiniz, bu, necə olacaq?

– Baxmaq lazımdır ki, digər ölkələrdə, yəni Baltikyanı ölkələr, Ukrayna, Gürcüstan və Moldovada bu proses hansı şəkildə gedib. Təxminən bu ssenari Ermənistanda da baş verəcək. Ermənistanın siyasətində bir-birinə zidd olan elementlər göz qabağındadır. Onlar təhlükəsizliyin Rusiya tərəfindən təmin edilməsini, amma ticarət, siyasət və digər məsələlərin Qərbə bağlı olmasını istəyirlər. Əlbəttə, bunlar mümkün olan deyil. Gec-tez bu vəziyyətə son qoyulacaq. Bunun üçün hərbi əməliyyatların bərpası bu ssenarinin tərkib hissəsidir.

– Ermənistanın Qərbə dönməsi, belə desək, Rusiyanın orbitindən çıxması münaqişənin həll prosesinə müsbət təsir göstərə bilərmi?

– Bir neçə gün ərzində biz gördük ki, Ermənistan tərəfi öz itkilərini gizlədir. Azərbaycan ordusunun zərbələri Ermənistana ciddi itkilərə başa gəlib, amma bu haqda danışmırlar. Biz onu da gördük ki, Ermənistanın çağırışlarına nə Rusiya, nə də KTMT-yə üzv olan digər dövlətlərdən reaksiya verildi. Qərb ölkələrindən də ermənipərəst bəyanatlar eşitmədim.

Rusiyanın mövqeyinin daha qətiyyətli səslənməsi vacib bir elementdir. Digər yandan, Türkiyə müdafiə nazirinin “Azərbaycanın yanındayıq” deməsi, ciddi bir məsələdir. Bundan əvvəl belə bəyanat Türkiyə xarici işlər naziri tərəfindən verilmişdi. Paşinyanın istəyi budur ki, imkan olsa, Rusiyanı Türkiyə və Azərbaycanla toqquşdursun, alınmasa, ittiham edib Qərbə dönsün. Onun bu strategiyası göz qabağındadır. Hesab edirəm ki, Paşinyan bu strategiyadan əl çəkməyəcək. Artıq bu təxribat baş verib, nəyi bacarıblarsa ediblər, gec-tez itkilərinin sayı da bəlli olacaq. Yəni bu, bir mərhələdir, təəssüflər olsun ki, gələn günlərdə, həftələrdə bu təxribatların davamını görəcəyik.

– Sizin də qeyd etdiyiniz kimi Türkiyədən sərt açıqlamalar verildi. İlk dəfə Ankaradan açıq şəkildə bildirildi ki, Azərbaycan hansı qərarı versə, onun yanında olacaq. Sizcə, Türkiyənin bu prosesdəki fəallığı dönüş yarada bilər?

– Türkiyə Ərdoğanın hakimiyyəti dönəmində ardıcıl şəkildə bu məsələyə diqqətini artırıb. Hətta bu məsələləri Putinlə müzakirə edib. Bu baxımdan, bəlkə də bu, Türkiyənin xarici siyasətində vacib məsələlərdən biri kimi ilk “onluq”dadır. Bu, ciddi bir amildir. Türkiyənin Suriya və Liviyada aktiv hərbi-siyasi fəaliyyətləri göz qabağındadır. Hesab edirəm ki, Türkiyənin bir dövlət, bir hərbi güc olaraq bu cür bəyanatlar verməsi Azərbaycana ciddi dəstəkdir.

Türkiyə ilə yanaşı, İranın da Azərbaycana dəstək bəyanatı səsləndirməsi ciddi faktordur. Yəni region ölkələri Azərbaycana dəstək verirlər. Ukraynanın bəyanatı çox kəskin və prinsipial oldu. Beynəlxalq qurumların bu məsələdə bəyanatları vacib bir amildir ki, Azərbaycan daha aktiv və daha təşəbbüskar bir xarici siyasət həyata keçirsin. Bunun üçün şərait var və hesab edirəm ki, bunu həyata keçirməyin vaxtı gəlib çatıb.

Eyni zamanda, Rusiyanın indiki mərhələdə Ermənistana soyuqqanlı reaksiya verməsi, bizim üçün önəmli bir siqnaldır. Bəlkə də bu tendensiyalar daha da güclənməlidir ki, Azərbaycan daha fəal addımlar atmağa başlasın. Bu, vaxt məsələsidir. Hansı addımlardan söhbət getdiyini bilirik. Azərbaycan prezidenti də açıq şəkildə bildirdi ki, biz güclü zərbələr endirmişik, təxribatçıları yerində oturtmuşuq və bu zərbələri davam etdirəcəyik.

– Təkliflər irəli sürülür ki, Azərbaycan ordusu döyüşləri Dağlıq Qarabağ istiqamətində davam etdirsin. Bu addımı atmaq üçün indiki situasiya əlverişlidirmi?

– Dünən diqqətlə prezidentin çıxışını dinlədim, hamımızı düşündürən bəzi suallara cavab tapdım. Cənab prezident dedi ki, bizim müəyyən olunmuş taktikamız var və biz addım-addım bu yolla gedirik. O bəyan etdi ki, bizim məqsədimiz işğal olunmuş əraziləri azad etməkdir. Həmçinin bildirdi ki, həm hərbi, həm də dövlət sirri təşkil edən məsələlər var, bunları da açıqlamaq mümkün deyil. Bu tezislərə istinad edərək deyə bilərəm ki, Azərbaycan hansısa strategiya üzərində qurulmuş silsilə addımlar atır. Biz sıravi bir vətəndaş olaraq, mediada yayılan məlumatlar əsasında hansısa fikirlər söyləyə bilərik. Məsələn, mən də bir fikir irəli sürdüm ki, hərbi vəziyyət elan olunmalıdır. Amma görünür ki, hələlik bunun vaxtı gəlib çatmayıb. Bunun səbəbi də dövlət sirri olaraq qalır.

Hesab edirəm ki, biz vətəndaş olaraq, bəzi məsələlərdə dövləti dəstəkləməliyik. Əsas məsələ budur ki, təxribatçılar və milli birliyimizi pozmaq istəyən qüvvələrə qarşı ciddi mövqeyimizi bildirməliyik və bunun qarşısını almalıyıq. İstisna etmirəm ki, Azərbaycanın hərbi imkanları genişdir və biz istədiyimiz vaxt zərbə endirə bilərik.

Cənab prezident birmənalı onu da dedi ki, könüllülər hələ lazım deyil və buna ehtiyac yoxdur. Ümumiyyətlə, XXI əsrdə Cavad Xanın vaxtında olduğu kimi, hərəmiz bir silah götürüb cəbhəyə getməyimiz populizmdir. Əlbəttə, bu fikirlərin, bunları deyənlərin vətənpərvərlik hisslərindən doğduğunu bilirəm, dəstəkləyirəm, alqışlayıram və qürur duyuram. Amma həqiqətlər elədir ki, müharibəni də digər sahələrdə olduğu kimi peşəkarlar aparır.

– Azərbaycan prezidenti çıxışında xarici işlər nazirini də sərt tənqid etdi. Bu tənqidlər haqda fikriniz nədir?

– Çoxdan mən və bir sıra insanlar bu tənqidi fikirləri dilə gətirirdik. Cənab prezident də açıq şəkilə dedi ki, mən və mənim köməkçim xalqı narahat edən məsələlər haqda danışdığı halda, Xarici İşlər Nazirliyindən baş verənlərə məntiqli cavab eşitmədim. Gördük ki, korrupsiya və ya dövlət büdcəsindən mənimsəmə halları ilə yanaşı, orada peşəkarlıq da aşağı səviyyədədir. Müharibə aparan bir dövlət üçün bu cür Xarici İşlər Nazirliyinin olması qəbuledilməzdir. Prezident səviyyəsində orada dəyişikliyin edilməsi haqda səsləndirilən fikirləri dəstəkləyirəm.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin