04 Avqust 2020 12:27

Məmmədyarov danışdı: “Vəzifə əbədi deyil… Xidmət göstərmişəm”

Prezident İlham Əliyevin sərəncamı ilə xarici işlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov Gununsesi.org-a qısa müsahibə verib.

  • Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?
  • Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.  
  • Gələcək planınız nədir? 
  • Mən cəmi iki gündür ki, xarici işlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.
  • ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?
  • Dedim axı, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam bunu biləcəksiniz.
  • Yeni XİN rəhbəri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var. 
  • Mən elə sizin sayt vasitəsilə Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız daha yaxşı olardı.

Pərviz Həşimli/ Gununsesi.org

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin