05 Avqust 2020 08:19

Paşinyanın Belarus səfərinin PƏRDƏARXASI – Politoloq DETALLARI AÇDI

“Bu sakitlik nisbi sakitlikdir və bunun davamlı olacağını demək çox çətindir. Çünki bu hərbi təxribat təkcə Paşinyanın siyasi iradəsi ilə başlayacaq bir məsələ deyil. Bu məsələnin arxasında Rusiya, bir sıra Qərb ölkələri və eyni zamanda Fransa var. Bütün bunların hamısı Azərbaycan üzərindən Türkiyəyə verilən mesajdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O bildirib ki, Türkiyənin məhz bu səviyyədə qətiyyətli və radikal münasibət göstərməsi indiyə qədər olan hərbi təxribatlar kontekstində ilkdir: “Bu səviyyədə AKP-nin funksionerlərindən tutmuş Prezident Ərdoğana qədər qətiyyətli və kəskin bir mənalı münasibət bildirilməmişdi. Bu faktın özü də göstərir ki, bu məsələ təkcə Ermənistan məsələsi deyil. Bu, Ermənistanın boyunu aşan məsələdir. Bunun arxasında konkret geosiyasi maraqları olan güclər dayanır. Bu güclərin əsas məqsədi Türkiyə üçün üçüncü bir cəbhənin açılmasıdır. Türkiyə aktiv şəkildə Suriya və Liviyada hərbi fəaliyyət göstərir və bu hərbi uğurlar bir çox ölkələri narahat etməkdədir. Eyni zamanda bu, həm Rusiyanı, həm də Türkiyənin dırnaqarası NATO üzrə müttəfiqlərini ciddi şəkildə narahat edir”.

Politoloq qeyd edib ki, Türkiyə Liviyada çox uğurlu şəkildə öz mövcudluğunu sürdürür və bu gün dünyanın ən strateji bölgəsi olan Aralıq dənizində ən həlledici geosiyasi faktorlara və gücə çevrilib: “Bu, təbii ki, Yunanıstanı, Ermənistanı, Rusiyanı və bir çox NATO və Avropa Birliyi ölkələrini ciddi şəkildə narahat edir. Ona görə də Suriya və Liviyadan sonra açmaq istədikləri üçüncü bir cəbhə məhz Ermənistanın vasitəsilə açılır. Ancaq bu məsələ Ermənistan ordusunun boynunu aşır. Bunu hərbi təxribatlardan sonra Azərbayan Ordusunun verdiyi cavablarda da gördük. Buna görə də bu hərbi əməliyyatların davamlı olması Ermənistanı çökdürür. Bu, həm erməni ictimai rəyində, həm çökmüş erməni iqtisadiyyatı fonunda, həm də hərbi cəhətdən sınıq-salxaq erməni ordusunun fonunda təbii ki, Ermənistan bu məsələləri davam etdirə bilməz”.

Natiq Mirinin sözlərinə görə, məhz bu baxımdan Rusiya kimi bir gücü bu məsələyə müdaxilə etmək üçün dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət olunub: “Ancaq bütün həqiqətlər dəqiq şəkildə ortaya qoyuldu ki, Rusiya bu prosesə birmənalı olaraq Ermənistan tərəfindən müdaxilə etmədi. KTMT-də Rusiya nə qədər nüvə dövləti olsa belə Belarus və Qazaxıstan kimi dost ölkələr bu prosesdə Ermənistanın növbəti manipulyasiyasını, xülyasını anladıqları üçün buna imkan vermədilər”.

Politoloq vurğulayıb ki, Ermənistanın Baş naziri Paşinyan Tovuzdakı hərbi təxribat kontekstində Belarusa səfər etməyib və burada onun başqa niyyəti var: “Bu, Belarusda keçirilən Avrasiya İqtisadi İttifaqının növbəti bir tədbiridir. Ancaq düşünürəm ki, bu tədbir çərçivəsində Paşinyanın mütləq mənada özünün getməsi faktı göstərir ki, o, Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşməyə çalışacaq. Beləliklə Rusiyanın bu prosesə müdaxiləsini təmin etməklə ki, ən azından Azərbaycan bu hərbi prosesi perspektivdə davam etdirməməyə çalışacaq. Çünki, bu məsələ Tovuzla məhdudlaşacaq bir məsələ deyil. Azərbaycan Ordusu və dövləti üçün regionda, həm də qlobal səviyyədə münbit bir mühit yaranıb ki, bu hadisədən, yəni Ermənistanın işğalçı hərəkətlərindən istifadə edərək işğalda olan 20 faiz torpaqlarını azad etməyə qalxsın və hərbi əməliyyatlara başlasın. Bu gün Ermənistanı dəhşətli dərəcədə qorxudan budur. Çünki, Azərbaycan Ordusuna qarşısına çıxara biləcək, dirəniş göstərəcək erməni ordusu mövcud deyil. Hətta yeni bir hərbi səfərbərlik elan etsələr belə düşünürəm ki, bu çox ciddi bir fiasko ilə nəticələnəcək”.

N.Mirinin fikrincə Paşinyanın təcili surətdə Belarusa səfər etməsinin arxasında, Putindən xahiş etmək və bu proseslərə Rusiya prezidenti səviyyəsində müdaxilə olunmasını təmin etmək dayanır: “Ancaq, kimin bu prosesə müdaxilə edib-etməməsindən asılı olaraq əmin olmaq lazımdır ki, kim bu prosesdə qətiyyətli qərar verib addımlar atacaqsa, o dövlət də bu prosesdə qazanacaq. Yəni, söhbət təkcə Ermənistanla məhdudlaşacaq bir proses olmadığı və bu prosesin içərisində Azərbaycan və qardaş Türkiyə olduğu üçün ölkəmiz də çox ciddi və qətiyyətli addımlar atmalıdır. Bu cür qətiyyətli addımlar atılıb qərarlar veriləcəksə, əminəm ki, Türkiyə necə Suriya və Liviyada hərbi uğurlar qazandısa, bu uğurlar növbəti dəfə Qarabağ cəbhəsində qazanılacaq. Rusiya bu prosesə müdaxilə edə bilməyəcək. Əks təqdirdə Rusiya anlayır ki, qarşısında Türkiyə ordusunu görəcək və nəticə etibarilə Azərbaycan kimi Cənubi Qafqazın ən strateji ölkəsini birdəfəlik itirmiş olacaq. Bu da Rusiya üçün heç də arzuolunan geosiyasi bir durum deyil.

Ermənistanı məcbur etmək lazımdır ki, etdiyi səhvi etiraf edib üzr istəsin, ayrıca Dağlıq Qarabağ probleminin həlli məsələsində mərhələli həll planına və paralel olaraq Dağlıq Qarabağ ətrafı 7 rayonun boşaldılmasına razılıq versin”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin