05 Avqust 2020 09:12

Şuranın mətbuat katibi TRT əl-Arabiyyə-yə müsahibə verib – VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat katibi Elməddin Behbud Ermənistan ordusunun Tovuz istiqamətindəki mövqelərimizə, həmçinin, yaşayış mənətəqlərinə hücumu ilə bağlı TRT World Qrupuna daxil olan TRT əl-Arabiyyə telekanalının canlı efirinin qonağı olaraq geniş açıqlama verib

Turkustan.info xəbər verir ki, çıxışında E.Behbud qeyd edib ki, hazırkı hücum Ermənistanın Azərbaycana qarşı 30 ildən bəri apardığı işğal və terrorçuluq siyasətinin davamıdır.

1). Ermənistanın hazırkı rəhbərliyi ölkə daxilindəki siyasi, iqtisadi və sosial narazılıq dalğasının qarşısını almaq üçün vaxtaşırı olaraq müxtəlif avantüralara əl atır. Ermənistanın xain hücumu nəticəsində ordumuzun bir neçə əsgər və zabiti, həmçinin, mülkü vətəndaşımız şəhid olub. Amma Azərbaycan ordusunun cavab atəşi ilə düşmənə sarsıdıcı zərbələr endirməsi, onun hərbi texnikasını, müdafiə qurğularını və 100-dən çox canlı qüvvəsini məhv etməsi silahlı qüvvələrimizin kifayət qədər güclü olduğunu göstərir.

2) ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının faydasızlığı və 30 ilə yaxın müddətdə münaqişənin ədalətli həllini təmin etməməsi Azərbaycanın torpaqlarını azad etmək üçün daha təsirli yolu seçmək məcburiyyətində qoyur. Silahlı qüvvələrimiz Qarabağ və ətraf 7 rayonumuzda qurulan terror rejimini zərərsizləşdirərək torpaqlarımızı Ermənistan işğalından azad etməyə qadirdir.

3) Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən siyasət nəticəsində Ermənistanın işğalçılıq siyasətini beynəlxalq platformalarda da ifşa olunur. Ermənistanın 12 iyulda başladığı hücumla bağlı Türkiyə, Ukrayna, Pakistan, Türk Dövlətləri Şurası, TÜRKPA, GUAM, İƏT kimi dövlət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı prinsipini açıq müdafiə edən bəyanatlar qəbul edib.

4) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin xarici işlər nazirinin, müdafiə nazirinin və parlamentarilərinin Azərbaycanı birmənalı şəkildə dəstəklədikləri barədə mövqeyi bizdə böyük ruh yüksəkliyi yaradır. Ərdoğanın Türkiyənin sonadək Azərbaycanın arxasında olması, Qarabağın düşmən işğalından azad olunması ilə bağlı haqq işimizi hər sahədə dəstəklədiyini bildirməsi bir daha Azərbaycan və Türkiyənin eyni millətin qurduğu iki dövlət olduğunu göstərir.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin