Federasiya sədri vətəndaşla “qol güləşi”nə çıxıb? – “Qarajımı zəbt edib” – FOTOLAR

Nizami rayonunda yaşayan vətəndaş ona məxsus qarajın özünü Qol Güləşi Federasiyasının rəhbəri kimi təqdim edən Cəsarət Əhmədov tərəfindən zəbt edilməsi ilə bağlı Turkustan.info-ya müraciət edib.

Müraciətdə deyilir: “Yazıb sizə bildirmək istəyirəm ki, mən özünü Azərbaycan Respublikası Qol Güləşi Federasiyasının rəhbəri kimi təqdim edən Cəsarət Əhmədov adlı şəxs tərəfindən çox ciddi qanunsuzluqlarla üzləşmiş və yaranmış vəziyyətdən çıxış üçün məcburən sizlərə müraciət edirəm.

Uzun müddətdir ki, Cəsarət Əhmədov adlı şəxs, Nizami rayonu ərazisində yerləşən parklanma üçün ayrılmış ərazini ümumi olaraq aldığını iddia edərək müəyyən tikinti işləri aparmaqdadır. Ərazi daxilində isə texniki pasportu və digər sənədləri olan, mənə məxsus qarajı mən ambar kimi illərdir istifadə edirəm. Cəsarət adlı şəxs öz səlahiyyətlərindən sui istifadə edərək həmin hasarlanmış parklanma ərazisinin giriş qapısının kilidini dəyişərək daxildə mənə məxsus sənədləri olan mülkiyyətimə giriş etməyə icazə vermir. Hər dəfəsində müraciət etməyimizə baxmayaraq ərazinin ona aid olduğunu, mənə məxsus qarajında söküləcəyini hədə-qorxu ilə bildirir, və mənim şikayət edəcəyimi bildirdiyimdə isə, heç bir şəxsdən çəkinmədiyini qeyd edir. Hazırda məhkəmələrində yaranmış pandemiya ilə əlaqədar fəaliyyətinin dayandırıldığını nəzərə alaraq sizə ünvanlamış olduğum bu məktubuma qısa müddətdə baxılmasını çox xahiş edirəm. Hər keçən dəqiqə mənə olunan hədə-qorxular, mülkiyyətimin söküləcəyi xəbərdarlıqları məni çox narahat etməkdədir. İstəyim isə sadəcə mülkiyyətimə giriş icazəsinin verilməsidir.

Belə şəraitdə, xüsusən karantin rejimində belə addımı bir tərəfdən erməni edir, bir də qol güləşi federasiyasının prezidenti. Bu dövrdə gəlib kiminsə sənədli ərazisini öz ərazisinə daxil etmək, tikinti aparmaq, həmin ərazini parklanma adı ilə mənimsəməyin bir adı olmalıdır.

Hörmətlə: Ağayev Yasər Miraslan oğlu,

Məsələ ilə bağlı adı

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle