10 Avqust 2020 05:53

“Ermənistana sanksiya tətbiq edilə bilər” – Azərbaycandan TARİXİ UĞUR

“Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəlişin Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edilməsi çox əhəmiyyətli bir hadisədir”.

Turkustan.info xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, düzəliş ABŞ Dövlət katibinin, Müdafiə nazirinin, eləcə də Nümayəndələr Palatasının və onun ayrı-ayrı komitələrinin qarşısında 180 gün ərzində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş, qətlə yetirilmiş şəxslərlə bağlı hesabatın hazırlanmasını vəzifə kimi qoyur:

“Sənəddə “1991-ci ildən etibarən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın xarici qüvvələr tərəfindən qanunsuz işğal olunmuş 15 regionundan zorla köçürülən vətəndaşları”ndan söhbət açılır və bu yanaşma özündə bir sıra mühüm məqamları ifadə edir. Düzəlişdə işğal prosesinin 1991-ci ildən başlamasının və Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın 15 regionunu əhatə etməsinin qeyd olunması, Azərbaycanın statusu ləğv edilmiş Dağlıq Qarabağ bölgəsinin və bölgə ətrafındakı 7 rayonun xarici qüvvələr tərəfindən işğal edilməsi faktının qanunvericilik səviyyəsində qəbul olunması deməkdir.

Sənəd Konqresdə təsdiq olunduqdan və qüvvəyə mindikdən sonra, hazırlanacaq hesabat məcburi köçkünlərlə bağlı ABŞ-ın xarici siyasətinin prioritetlərini müəyyənləşdirəcək. Hesabat nəticəsində işğalçı qüvvələrə qarşı sanksiyaların tətbiq ediləcəyi ehtimalı da böyükdür. Təbii ki, bu istiqamətdə indidən intensiv fəaliyyətə başlamaq lazımdır”. (teleqraf.com)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri