10 Avqust 2020 06:18

Hikmət Hacıyevdən Minsk qrupu ilə bağlı sərt AÇIQLAMA

“Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil”.

Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı danışarkən söyləyib.

H.Hacıyevin sözlərinə görə, danışıqlar Minsk qrupunun mandatına uyğun çərçivədə – beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq aparılmalıdır:

“Azərbaycan tərəfi gözləyir ki, Minsk qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. O əlavə edib ki, Minsk qrupu prosesində iştirak edən 11 dövlətin hər birinin iştirakı ilə geniş formatda iclas keçirilməlidir”.

Prezidentin köməkçisi qeyd edib ki, Minsk qrupunun bu günə qədər aparılan fəaliyyətini qənaətbəxş hesab etmək olmaz:

“Minsk qrupu qarşıdan gələn müddət ərzində işğal faktının aradan qaldırılması üçün çalışmalıdır. Biz danışıqlar formatının yox, iş metodunun dəyişdirilməsini istəyirik. Daha effektiv, konkret vaxt, cədvəl, gündəlik əsasda iş aparılmalıdır. Azərbaycan bundan sonra da münaqişə ilə bağlı məsələni beynəlxalq təşkilatlarda gündəmdə saxlayacaq”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri